Digər idman növləri
Alonso Bakıda gəzintiyə çıxdı: “Yenidən burada olmaq möhtəşəm hissdir”
2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb. Futbolxeber.az saytının məlumatına görə, Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam edib. Azər-İlmə zavodu dünya miqyasındə ən yaxşı, eləcə də məşhur xalçaları müasir texnologiya və qədim texnikanın vəhdəti ilə toxuyaraq Azərbaycanda ənənəvi olan xalça sənətinin bir evinə çevrilib. Xalçaçılıq mərkəzinə səyahət zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışının təbliğatı ilə bağlı verdiyi töhfəyə görə Fernando Alonsoya təşəkkür məqsədilə ona xalça hədiyyə olunub.
Formula 1 üzrə ikiqat dünya çempionu daha sonra 16 hektara yaxın ərazisi olan və dünyaca məşhur memar Zaha Hadid tərəfindən ərsəyə gətirilmiş Heydər Əliyev Mərkəzinə baş çəkdi və mərkəzin fərqli, o cümlədən dalğavari memarlıq quruluşunu qeyd edərək heyrətini ifadə edib. Mərkəz Azərbaycan mədəniyyətini və xalqın gələcəyə olan nikbinliyini əks etdirən mədəni tədbirlərə ev sahibliyi etmək üçün inşa edilib. Burada keçirilən tədbirlər və nümayiş olunan sərgilər müasir Azərbaycanın intellektual həyatında əhəmiyyətli rol oynayır.
Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşüb. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam edib.
Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bölüşüb: “Yenidən Bakıda olmaq möhtəşəm hissdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm.”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
-
17:52
Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb
-
17:39
“Çelsi”nin yarımmüdafiəçisi “Napoli”nin hədəfində
-
17:14
“Barselona”dan “Sabah”ın U-19 komandasına 7 cavabsız qol
-
16:48
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
16:21
“Araz-Naxçıvan” üçün seminar keçirilib
-
16:03
“Şamaxı” 8 min manat cərimələndi
-
15:56
“Turan Tovuz”un müdafiəçisi 3, “Sumqayıt”ın üzvü 1 oyunluq cəzalandı
-
15:47
Gəncədə azarkeş rekordu, bayram ab-havası, gərgin mübarizə VİDEO
-
15:39
AFFA Yunis Hüseynovu 3 oyunluq cəzalandırdı
-
15:25
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib VİDEO
-
14:52
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
14:34
Quba Olimpiya Kompleksinin stadionunun ot örtüyü süni olacaq
-
14:18
“Qarabağ” - “Sumqayıt” oyununun biletləri satışda
-
13:41
İcraiyyə Komitəsinin üzvündən “Sabah”, yoxsa “Qarabağ” sualına maraqlı cavab VİDEO
-
13:20
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
-
12:57
Amerika kubokuna bu ölkə ev sahibliyi edəcək
-
11:36
“Mançester Yunayted” axtardığı hücumçunu Səudiyyə Ərəbistanıda tapdı
-
11:19
42 yaşlı Tiaqo Silva müqaviləsini yeniləyir
-
10:45
“Mançester Yunayted”in futbolçusunun qırmızı vərəqəsi ləğv olundu
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldo 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
-
09:17
II Liqada hakim təyinatları
-
09:00
"Qalatasaray" "Aston Villa"nı məğub etdi VİDEO
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
25.11.2026
24.11.2026
























