26 Noyabr 2026, Cümə axşamı
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Digər idman növləri

Velosipedçimiz Slovakiyada 3-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu ölkəmizin "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Futbolxeber.az saytının məlumatına görə,  velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn Pozdnyakov, bu mövqeyini sonadək qoruyub və beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finettodan cəmi 9 saniyə geri qalıb.

Xatırladaq ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30