Digər idman növləri
Levon Aronyan: “Yenidən Bakıya qayıtmağa şad olaram”
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsində Ukrayna təmsilçisi Aleksandr Areşenkoya məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Həmin müsahibəni təqdim edirik:
- İlk olaraq şahmat üzrə Dünya Kubokuyla bağlı fikrini öyrənmək istərdik. Həmkarların qeyd edib ki, Bakıdakı yarış Dünya Kuboku tarixində iştirakçılarına görə ən güclüsü sayılır.
- Dünya Kubokunda ən güclü şahmatçılar iştirak edir. Demək olar ki ulduz şahmatçıların əksəriyyəti turnirdə mübarizə aparır. Ona görə rəqabət güclüdür.
- Levon Aronyan yarışda hansı hədəf uğrunda mübarizə aparırdı ?
- Hədəf yaxşı oynamaq idi. Buna isə nail olmadım.
- Hansı səbəbdən mümkün olmadı?
- Tay-brekin ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim. İkinci partiyada isə avantürist kimi oynadım. Cütün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim.
- Tay-brekdə ilk görüşdə məğlub olandan sonra görüşdə dönüş yaratmağa inam var idi?
- İnam hər zaman var. Sadəcə düzgün oynamadım. Bəlkə də B4 gedişini tez oynadım. Bundan sonra mübarizə aparmaq imkanları azaldı. Hətta belə şəraitdə heç-heçəyə razılaşmadım. Vaxtından əvvəl məğlubiyyəti qəbul etmək istəmirdim.
- Dünya Kubokunu erkən tərk etməyiniz gözlənilməz oldu. Uğursuzluğa səbəb kimi yalnız bir səhvi göstərmək olar, yoxsa başqa səbəblər var idi...
- Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdır ki, bir səhv turnirin sonu deməkdi. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün ümidimi itirmirəm. İlin sonuna qədər bir neçə turnirdə iştirak edəcək. Reytinqimi yüksəltməyə çalışacam.
- Bir sıra mötəbər yarışlarda iştirak etmisiniz. Dünya Kubokunun təşkilatçılığı barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Təşkilatçılıq çox gözəldi. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdur. Sadəcə bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.
- 2016-cı ildə Bakı şahmat olimpiadasına ev sahibliyi edəcək. Yəqin ki, iştirakçılar arasında Ermənistan komandasını görmək mümkün olacaq?
- Şahmat olimpiadası 1 ildən sonra keçiriləcək. Ermənistan komandasının olimpiadada iştirakı istisna deyil. Mən yenidən Bakıya qayıtmağa şad olaram. Şahmat Azərbaycanda çox sevilir, burda şahmat çox populyardı. Şahmatın ölkədə sevilməsi hiss olunur. Yerli şahmatçılar da yaxşı oyun sərgiləyir.
- Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/16 final mərhələsində mübarizəni davam etdirir. Onların şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmatçıları Dünya Kubokunda yaxşı oynayırlar. Üstəlik, doğma şəhərdə çıxış edirlər. Onlar yerli azarkeşləri sevindirməyə çalışmalıdırlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan başqa digər şahmatçılarınız son aylar yaxşı təsir bağışlayır. Oyunlarında irəliləyiş hiss olunur. Fikrimcə burda Aleksandr Xalifmanın (Azərbaycan millisinin kapitanı =- DK mətbuat xidməti) böyük əməyi var. Xalifman Azərbaycan şahmatçılarına çox kömək olur. Rauf Məmmədovun komanda yarışlarında oyunu yadımdadır. Bir turda səhv etmirəmsə ilk lövhədə çıxış etdi və yaxşı təsir bağışladı. Qafqaz şahmatçılarının ümumiyyətlə bir problemi var. Bəzən tənbəllik özünü göstərir. Digər tərəfdən debütlə bağlı hazırlıq. Fikrimcə Xalifmanın şahmatçılara köməyi hiss olur. Dünya Kubokunda Qədir Hüseynov, əvvəlki yarışlarda isə Rauf Məmmədovun oyununda məşqçinin işi görünür.
Dünya Kubokunun mətbuat xidməti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























