Digər idman növləri
Aronyan Bakını tərk edir, Adams və Karyakin yoluna davam edir
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır. Futbolxeber.az-ın məlumatına görə, artıq 1/32 final mərhələsi arxada qalıb. 1/16 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-brekdə həll olundu. Bu dəfə də sürprizsiz keçinmədi.
Günün sürprizi Ermənistan təmsilçisi Levon Aronyanın Ukrayna şahmatçısı Aleksandr Areşenkoya məğlubiyyəti oldu. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirdi. Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb oldu. Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim oldu. Mütəxəssislər cavab görüşündə onun revanş alacağına inansa da, proqnozlar doğrulmadı. Qara fiqurlarla kortəbii hücuma keçən Aronyan rəqibin gedişinə fikir vermədi və nəticədə ikinci görüşdə də məğlubiyyət acısı yaşadı. Beləliklə Levon Aronyan 132 finalda mübarizəni dayandırdı.
Rapid partiyada Hikaru Nakamura Samyuel Şenklendə, Aniş Giri Aleksandr Motılyova, Şəhriyar Məmmədyarov Xou Yifana, Teymur Rəcəbov İlya Smirinə, Pyotr Svidler Liviu-Diter Nisipyanı, Dmitriy Yakovenko isə Amin Bassemə qalib gəldi.
Azərbaycan şahmatçıları növbəti dəfə sürətli şahmatda ən güclülərdən olduğunu göstərdi. Klassik partiyada iki heç-heçə edən Rəcəbov tay-brekdə İsrail şahmatçısı Smirinə heç bir şans vermədi. Həm ağ, həm də qara fiqurlarla oyunda rəqibindən üstün oyun nümayiş etdirən Teymur cəldliyi ilə inamlı qələbə qazandı. Eyni sözləri Məmmədyarovun görüşü haqda da demək olar. Şəhriyar rapid oyununda əvvəlcə qələbə qazandı, sonra isə üstünlüyü olmasına baxmayaraq risk etmədi və partiyanı heç-heçəylə başa vurdu.
On dəqiqəlik rapid partiyalarında Aleksandr Qrişuk Vladimir Fedoseyevi, Yevgeniy Tomaşevskiy Nquen Nqok Şonu, Sergey Karyakin Aleksandr Anişuku, Yuy Yanyi isə İqor Lısıyı turnirdən kənarlaşdırdı.
İlk klassik partiyada məğlub olan Karyakin əzmkarlıq və ustalıq sayəsində qələbə qazandı. Hərçənd ikinci partiyada da Sergey bir sıra səhvlərə yol verdi. Anişuk bu səhvlərdən yararlana bilmədi və nəticədə təslim olmağa məcbur oldu. Partiyada həlledici an 25-ci gedişdə baş verdi. Anişuk üçün pis vəziyyət yaradan Karyakin rəqibin şahını sıxışdırmağa başladı və tezliklə istəyinə çatdı. Tay-brekdə isə Ukrayna əsilli qrossmeyster on dəqiqəlik rapid zamanı 1/16 finala vəsiqəni rəsmiləşdirdi.
Blits şahmatda Yan Nepomnyaşiy Loran Fressineyə qalib gəldi. Vey İ isə Yuriy Vovkadan güclü oldu. Günün ən gec başa çatan görüşündə Maykl Adams sevindi. Təcrübəli şahmatçı ilk klassik partiyada uduzduğu Viktor Lazniçkanın sözün əsl mənasında əsəbləriylə oynadı. İkinci klassik partiyada qələbə qazanmaqla ümumi hesabı bərabərləşdirən Adams duelin taleyini “Armaqeddon”da həll etdi. Ağlarla oynayan Maykl Adams qələbə qazanmaqla Dünya Kubokunda mübarizəni davam etdirmək imkanı qazandı.
Dünya Kuboku mətbuat xidməti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























