Digər idman növləri
Zurab Azmayparaşvili: "Rəcəbovun tay-brekdə qələbə qazanacağına inanıram"
Avropa Şahmat İttifaqının prezidenti, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib.
- Dünya Kubokunda artıq 1/16 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib. Turnirin ilk nəticələri barədə nə düşünürsünüz?
- Ayrı-ayrılıqda şahmatçılar haqda danışmaq istəməzdim. Rəqabət çox yüksək olduğu üçün proqnoz vermək mümkün deyil. Ümumiyyətlə Dünya Kuboku hər zaman sürpriz nəticələrlə zəngin olub. Həm gənc, həm də yaşlı nəslin nümayəndələri sona qədər mübarizə aparır. Təşkilatçılıq barədə ancaq xoş sözləri deyə bilərəm. Dünya Kuboku Bakının gözəl otellərindən birində keçirilir. Əvvəlki yarışlarda olduğu kimi Azərbaycan Dünya Kubokunu da yüksək səviyyədə təşkil edir.
- Bir müddət Azərbaycan millisinin kapitanı olmusunuz və şahmatçılarımızı yaxşı tanıyırsınız. Dünya Kubokunda azərbaycanlı şahmatçıların oyunlarını izləyirsiniz?
- Bütün görüşlərə baxıram. Məni Qədir Hüseynov yaxşı mənada təəccübləndirir. 1/32 finalda çox yaxşı oynadı. Kifayət qədər güclü rəqib sayılan David Navaraya qalib gəlmək asan deyil. Özü də tay-brekə ehtiyacı olmadı. Hüseynov Dünya Kubokuna uğurlu start götürüb.
- Eltac Səfərli və Vasif Durarbəylinin yarışı erkən tərk etməsi sizi təəccübləndirmədi?
- Eltac səviyyə və təcrübə baxımından bərabər rəqiblə oynadı. Fikrimcə Səfərli hər şeyi iki partiyada həll etməliydi. Bu rəqiblə oyunda tay-brekə ehtiyac yox idi. Duelin taleyini tay-brekə saxlamaqla səhvə yol verdi. Eltac bu mərhələni keçməyə qadir şahmatçıdır. Durarbəyli bir qədər gəncdir. Ona görə ilk mərhələdə uduzmasını normal qarşıladım.
- Şəhriyar Məmmədyarov xanım şahmatçı Xou Yifanla iki partiyada bərabər oynadı. İndi onları tay-brek gözləyir...
- Məmmədyarov böyük təcrübəyə malikdir. İkinci görüşdə qalib gəlməyə yaxın idi. Yəqin risk etmək istəmədi. Mən düşünürdüm ki, o qələbə qazanacaq və istirahət günündə rahat dincələcək. Amma tay-brek qaçılmaz oldu. Şəhriyar Xou Yifanı yaxşı tanıyır. Bununla belə səhv etdi və qələbə qazana bilmədi.
- Eyni zamanda digər şahmatçımız Teymur Rəcəbov da İsrail təmsilçisi İlya Smirinlə heç-heçə oynadı. Sizcə tay-brekdə kim daha çox şanslıdır?
- Rəcəbov hələki 2004-cü ildə keçirilən Tripolidəki yarışın planı üzrə hərəkət edir. Onun üçün ilk oyunlar bir qədər çətin oldu. Bununla belə Rəcəbov şahmat lövhəsi arxasında pis vəziyyət almayıb. Normal oynayır və tay-brekdə hər şeyi həll edir. Dünya Kuboku kimi yarışlarda hər bir şahmatçının öz strategiyası var. Əsas nəticədir. Kim o nəticəni necə qazanır - bu artıq ikinci məsələdir. Sürətli şahmatda Teymuru daha şanslı sayıram. Bildiyimiz kimi Rəcəbov sürətli şahmatı çox yaxşı oynayır. Fikrimcə bu dueldən 1/16 finala vəsiqə Teymura qismət olacaq. Hərçənd Smirin sona qədər mübarizə aparmağı bacarır.
- Azərbaycan millisi artıq ikiqat Avropa çempionudur. Bununla belə olimpiadalarda medal qazanmaq mümkün olmur...
- İlk dəfə çempion olanda millidə kapitan kimi çalışırdım. Azərbaycan millisi hər zaman güclülərdən sayılıb. Gələn il olimpiadada siz ilk mükafatınızı qazanacaqsınız. Hər halda bunun üçün gözəl imkan var. Şahmat olimpiadası Bakıda keçiriləcək. Sadəcə komanda kimi mübarizə apararaq uğur qazanmaq lazımdır. 2016-cı ildə Azərbaycan millisi qızıl medal uğrunda yarışmağa qadirdi.
- Almaniya millisində çıxış edən Arkadi Naydiç bundan sonra Azərbaycan komandasında çıxış edəcək. Sizcə onun gəlişi komandanı gücləndirəcək?
- Hazırda Azərbaycan millisində çalışmıram. Ona görə şərh verməyim düz olmaz. Arkadi Naydiç gözəl insan və güclü şahmatçıdır. Onun gəlişi Azərbaycan millisini daha da gücləndirəcək. İşinə peşəkar yanaşan insandır. Qafqazlılar kimi emosional deyil. Azərbaycan millisinə nə qədər faydalı olacağını zaman göstərəcək.
Dünya Kubokunun mətbuat xidməti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























