Digər idman növləri
Mahir Məmmədov: "Dövlət Proqramı Azərbaycanda bu idman növünün inkişafına təkan verdi”
Fairmont otelində Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədovun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, jurnalistlərin suallarına cavab verən Mahir Məmmədov ilk olaraq Dünya Kubokunun təşkilatçılığından danışıb: "Mühüm qərarlar 2012-ci ildə İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadası günlərində FİDE konqresində qəbul edildi. 2016-cı ildə şahmat olimpiadası, 2015-ci ildə isə Dünya Kubokunun təşkili Bakıya həvalə edildi. Məlum olduğu kimi, şahmat olimpiadasına ev sahibliyi edəcək ölkə eyni zamanda Dünya Kubokunu da təşkil edir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təşkilat Komitəsinin yaradılmasıyla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olundu.
Dünya Kubokunu təşkil etmək çətin olmadı. Çünki, artıq Azərbaycanda yüksək səviyyədə infrastruktur yaradılıb. Ölkəmiz təşkilatçılıq baxımından böyük təcrübəyə malikdir. Biz əvvəlcədən istəyirdik ki, bütün mötəbər yarışlar Bakının mərkəzində keçirilsin. Dünya Kubokunun keçirildiyi məkan təsadüfi seçilməyib. Fairmont oteli "Flame Towers"də yerləşir. Bu möhtəşəm binalar paytaxtın yeni simasıdır. Gələn il baş tutacaq şahmat olimpiadası isə Crystall Hall-da keçiriləcək. Bu gözəl tikili Avroviziya və ilk Avropa Oyunlarından hamıya yaxşı tanışdır. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi hər iki yarışın yüksək səviyyədə keçirilməsi üçün çalışır. Bizim komitədə ilk Avropa Oyunlarında çalışan insanlar da işləyir, ümumilikdə ən yaxşı mütəxəssislər cəmləşib.
Şahmat olimpiadasıyla bağlı demək istərdim ki, 3000-ə yaxın qonağın Bakıya gələcəyi gözlənilir. İstanbulda Bakının olimpiadaya ev sahibliyi ilə bağlı namizədliyi irəli sürüləndə biz yarışın Dənizkənarı Parkda - bulvar yaxınlığında keçiriləcəyini söyləmişdik. Hazırda həmin ərazidə müasir və geniş otellər fəaliyyət göstərir. Ona görə qonaqların məskunlaşmasıyla bağlı problem olmayacaq".
Mahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan və 2009-2014-cü illəri əhatə edən şahmatın inkişafı üzrə Dövlət Proqramının icrası barədə də məlumat verib: "Dövlət Proqramı ölkədə bu idman növünün inkişafına təkan verdi. Hazırda Azərbaycanda 70-ə yaxın şahmat məktəbi fəaliyyət göstərir, yeni istedadlar böyüyür. Bütün bunlar isə son Avropa çempionatının qalibi olan Azərbaycan yığmasının xeyrinə olan amillərdir".
Azərbaycan şahmatçılarının Dünya Kubokunda çıxışına gəlincə Mahir Məmmədov təmsilçilərimizin oyunu barədə bunları qeyd edib: "Azərbaycan ilk dəfə Dünya Kuboku kimi mötəbər yarışda altı şahmatçıyla təmsil olunur. Dünya Kubokunda daha çox şahmatçımız iştirak edə bilərdi. Amma altı şahmatçımızın olması yüksək göstəricidir. Əvvəlcədən dörd şahmatçımzın ilk mərhələni keçəcəyini düşünürdük. Belə də oldu. Eltac Səfərlinin macar həmkarıyla görüşdə imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm. Ümumilikdə isə şahmatçılarımız layiqli mübarizə aparır".
Dünya Kuboku mətbuat xidməti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























