20 May 2026, Çərşənbə
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu

Digər idman növləri

Maksim Averindən Rioya növbəti lisenziya xalları

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" növbəti Avropa turunda mübarizə aparıb. Futbolxeber.az-ın məlumatına görə, velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya" yarışında iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.

Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur - 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların ayı 148-ə çatıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31