2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

İsveçli güləşçi: “Ən güclü rəqibim Azərbaycan idmançısı idi”

“Güləş Azərbaycanda ən çox inkişaf etmiş idman növlərindən biridir. Bakıda təşkil olunan mötəbər yarışlarda dəfələrlə mübarizə aparmışam. Onu deyə bilərəm ki, Azərbaycan əsl idman ölkəsidir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində birinci Avropa Oyunlarında qızıl medal qazanmış isveçli qadın güləşçi Sofia Matson deyib.

“Ən güclü rəqiblərim Azərbaycan və Polşa idmançıları oldu. Var gücümü toplayaraq onlara qalib gəlməyi bacardım. Yarışla əlaqədar burada vaxtımın çox hissəsini məşqlərə sərf etmişəm. Artıq sabahdan etibarən Bakının görməli yerləri ilə tanış olacağam”, - deyə isveçli atlet qeyd edib.

Gələcək planları barədə məlumat verən güləşçi əsas məqsədinin Las-Veqasda təşkil olunacaq lisenziya xarakterli dünya çempionatında "Rio-2016"-ya vəsiqəni təmin etmək və planetin ən böyük turnirində mükafatçılar sırasında yer almaq olduğunu vurğulayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31