25 Iyun 2026, Cümə axşamı
“Neftçi”dən üçüncü transfer
"Zirə" Tavareş Vieranı transfer etdi
“Kəpəz”də yeni baş məşqçi
Eltun Yaqublu "Zirə"yə qayıtdı

Digər idman növləri

“Bakı-2015”: 3 boksçumuzun 1/8 finaldakı rəqibi müəyyənləşdi

Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk gündə 1/16 final mərhələsinin görüşləri keçirilib. Baş tutan döyüşlərdən sonra 3 boksçumuzun 1/8 finaldakı rəqibi müəyyənləşib. 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə 1/8 finalda irlandiyalı boksçu Myles Caseylə görüşəcək. İrlandiya idmançı ilk döyüşündə belaruslu rəqibini məğlub edib.

60 kq-da yarışan Albert Səlimov isə Gürcüstanı təmsil edən Orat Eronasyanla üz-üzə gələcək. Eronasyan ilk mərhələdə latviyalı boksçudan üstün olub.

91 kq-da mübarizə aparan Abdukadir Abdullayev isə Macarıstan idmançısı Adam Hamori ilə görüşəcək. Macar boksçu 1/8 finala adlamaq üçün slovakiyalı rəqibindən üstün olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30