17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Bosniya və Herseqovina “Bakı-2015”də 57 idmançı ilə təmsil olunacaq

Bosniya və Herseqovina ilk Avropa Oyunlarında 57 idmançı ilə təmsil olunacaq. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Sarayevoda “Bakı-2015”lə bağlı keçirilmiş mətbuat konfransında məlumat verilib.

Köhnə qitənin ilk böyük miqyaslı yarışı olan “Bakı-2015”dən bəhs olunan tədbirdə yarışların 50 ölkədən 6 mindən artıq atleti bir araya gətirəcəyi vurğulanıb. Bildirilib ki, ilk Avropa Oyunlarının proqramına Olimpiya idman növləri ilə yanaşı, dörd qeyri-olimpiya idman növü də daxildir. Bu yarış, həmçinin bəzi idman növləri üzrə 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.

Diqqətə çatdırılıb ki, “Bakı-2015”də 57 idmançı və 19 məşqçi ilə təmsil olunacaq Bosniya və Herseqovina nümayəndə heyətinə Said Fazlagiç başçılıq edəcək. Bu ölkəni təmsil edəcək idmançılar 8 idman növü (atletika, üzgüçülük, boks, avarçəkmə, cüdo, velosiped, atıcılıq, stolüstü tennis) üzrə mübarizə aparacaqlar.

Mənbə: azertag.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30