Digər idman növləri
İlham Əliyev “Baki-2015”də iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin VİP qonaqların qəbul zonası barədə məlumat verib. Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.
Sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
İdmançıları salamlayan Prezident İlham ƏLİYEV deyib:
- Əziz idmançılar, əziz dostlar.
Mən sizin hamınızı ürəkdən salamlayıram və Bakıda keçiriləcək Avropa Oyunlarında uğurlar arzulayıram.
Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində Oyunlar hazırlamışıq və uğurla keçirəcəyik.
Komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək. Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir.
Burada yaxında Media Kəndi də var. Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmamışdır. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu Oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək. Əminəm ki, idmançılar bizi qələbələrlə sevindirəcəklər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur.
Azərbaycan idman dövlətidir və bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrimiz var. Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz.
Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək.
Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır. Biz idmançılarımızla fəxr edirik. Onlardan yeni qələbələr gözləyirik. Əlbəttə ki, doğma Vətəndə sizə diqqət də daha böyük olacaq. Əminəm ki, nəticələr də çox yaxşı olacaq.
Ona görə sizi bir daha ürəkdən salamlayıram. Sizə qələbələr arzulayıram. Siz bilirsiniz ki, Azərbaycan xalqı sizi sevir, sizi dəstəkləyir və bu dəstək sizə əlavə güc verəcək. Bir daha təbrik edirəm və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik.
***
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdiriblər.
Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə “Selfie” və fotoşəkillər çəkdiriblər.
Sonda kollektiv şəkil də çəkdirilib.
Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
25.10.2026
24.10.2026
23.10.2026
























