Digər idman növləri
Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatı rahat nəfəs ala bilər"
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci tur başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, Synergy Group-un təşkilatçılığıyla keçirilən mötəbər yarışın hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik üzərində qələbə qazanıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 6 saat 35 dəqiqəlik mübarizənin yekununda dünya çempionunu mat edib. Mətbuat konfransında Şəhriyar qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb: "Xantı-Mansiyskdə iddiaçıların turnirində Vladimir Kramnikə məğlub olmuşdum. Həmin partiyada böyük üstünlüyüm var idi. Qələbə qazanmağa borclu idim. Amma sonradan oyunda dönüş oldu, Kramnik qələbə qazandı. Buna görə bu dəfə uğur qazanmaq istəyirdim. Ciddi hazırlaşmışam deyə bilmərəm. Biz bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə rəqib olmuşuq. Ona görə ciddi hazırlaşmaq o qədər effektli olmur".
Maraqlıdır ki, indiyə qədər azərbaycanlı şahmatçılar heç vaxt Vladimir Kramnik üzərində qələbə qazanmayıb. Bu mənada Şəhriyar ilkə imza atdı: "Azərbaycan şahmatçıları müxtəlif dövrlərdə güclü rəqibləri məğlub edib. Dünya çempionları Vişvanatan Anand və Maqnus Karlsen üzərində qələbələrimiz olub. Lakin Kramniki heç vaxt məğlub edə bilməmişik. Bu mənada ilk dəfə Kramnik məğlub oldu. İndi Azərbaycan şahmatı rahat nəfəs ala bilər".
Məmmədyarov ShamkirChess 2015 turnirində ilk qələbəsinin növbəti turlara daha yaxşı hazırlaşmağa kömək edəcəyini dedi: "Sözsüz qələbə qazanmaq yaxşıdır. Çətin qələbə oldu. 6 saatdan artıq yarışmaq çətindir. Fikir verdinizsə ani olaraq oyunu tez başa vura bilərdik. Amma lazımi gedişi görmədim. Çünki, yorulmuşduq. Şahmatçı 5 saatdan sonra əvvəlki vəziyyətdə oynaya bilmir. Yorğunluq özünü göstərir. Bir dəfə Dortmund turnirində Peter Lekoyla 7-8 saat oynadıq. Axırda zalda heç kimin qalmadığını gördük. Demək istəyirəm ki, uzun partiyalar şahmatçını yorur. Karlsenə məğlubiyyətdən sonra çox düşünürdüm. İndi növbəti turlar haqda fikirləşməliyəm. Qələbəni tez unutmaq lazımdır".
Sumqayıt şahmat məktəbinin yetirməsi Vladimir Kramnikin mətbuat konfransına gəlməməsinə belə şərh verib: "Kramnik güclü şahmatçıdır. Dünya çempionudur. 7 saata yaxın mübarizədən sonra yəqin, yorulub. Ona görə mətbuat konfransına gəlmədi. Burda heç bir problem yoxdur. Xantı-Mansiyskdə Kramnikə məğlub olandan sonra özümü toparlayıb mətbuat konfransına gəlmişdim. Həyatımda heç vaxt elə pis olmamışdım. Uduş vəziyyətində olan oyunu uduzduğum üçün mətbuat konfransının tez bitməsini gözləyirdim. Kramniklə Xantı-Mansiyskdəki mətbuat konfransını heç vaxt xatırlamaq istəmirəm. Amma özümdə güc tapıb orada iştirak etmişəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Millimiz Çexiyaya məğlub oldu
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
15.11.2026
14.11.2026
13.11.2026
























