Digər idman növləri
Vladimir Kramnik: “İstəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin”
Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi, rusiyalı Vladimir Kramnik ShamkirChess2015 turnirinin rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- İlk olaraq ShamkirChess 2015 turniri haqda fikirlərinizi bilmək istərdik...
- Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdır. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir. Heç bir problemimiz yoxdur. Havası o qədər təmizdir ki, ilk günlər yuxuya qalmışam. 12.15-də oyanmaq istəsəm də, bir saat çox yatmışam. Ardıcıl bir neçə gün belə oldu.
- Vüqar Həşimovla xatirələriniz maraqlıdır. Onunla hansı turnirlərdə rəqib olmusunuz?
- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaq da, onun haqda ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Heç vaxt fikirləşməzdim ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindir. Şəmkir turniri Vüqarsevərləri birləşdirir. Təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirə turniri ənənəvi olmalıdır.
- Ötən il norveçli dünya çempionu Maqnus Karlsen yarışın əsas favoriti hesab olunurdu. Bu dəfə siz və Vişvanatan Anand iştirakçılar sırasında olduğu üçün Karlsenin asan qələbə qazanması mümkün deyil...
- Ümumiyyətlə bu yarışda iştirak edən hər bir şahmatçı uğur qazanmaq istəyir. Anandla yanaşı Karuana var. Təkcə Maqnus deyil, hamıya çətindir. Maqnus dünya çempionudur, ona görə ondan hər zaman qələbə gözlənilir. Fikrimcə bu dəfə son tura qədər qalib məlum olmayacaq.
- Bəziləri Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?
- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandır. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı var olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.
- ShamkirChess2015 turnirinin 2-ci turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır.
- Əlbəttə, Karlsen çox güclü şahmatçıdır. Son zamanlar belə bir ifadə var - hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz, Maqnus güclü şahmatçıdır. Şəhriyara gəldikdə böyük potensialı var. Emosional qrossmeysterdir. Ən böyük problemi stabil oynamamasıdır. Stabil oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.
- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyik?
- Payızda Dünya Kubokunda iştirak edəcəyəm. Hər halda belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. O mənada mənim üçün çətin olacaq. İstərdim Bakıda da qalib olub. Lakin başa düşürəm ki, çətin olacaq.
- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də son qərar məlum deyil...
- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə idman siyasətdən kənardı. Mən istəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.
- Aprelin 22-də ShamkirChess2015 turnirində istirahət günüdür. Həmin gün şahmatçılar arasında futbol turniri olacaq. Sizi meydanda görəcəyik?
- (gülür) Mən qorxuram zədə alım və sonrakı turlarda oynaya bilməyim. Bəlkə 5-6 dəqiqə imkan yaratsalar, meydana çıxaram. İstirahət günü Şəmkirdə restorana getmək istəyirəm. Yerli mətbəxin dadlı olduğunu eşitmişəm. Çox istərdim yerli mətbəxin dadına baxım.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Millimiz Çexiyaya məğlub oldu
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
15.11.2026
14.11.2026
13.11.2026
























