Digər idman növləri
Mehriban Əliyeva: “Azərbaycan Bakı-2015-i yay olimpiya oyunları səviyyəsində keçirtmək əzmindədir”
Kann, Afina və Berlindən sonra Bakı-2015 ilk Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən 36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.
Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib: “Ona baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil olan belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və keçirtmək əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə, ümumi iştirakçılar arasında isə 30-cu yerdə olublar. Ölkədə idman infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə yanaşılır. Son on il ərazində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir olimpiya mərkəzləri tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən ilə artır və onların qarşısında yeni perispektivlər, yeni imkanlar açılır. Bu il Çində keçirilən yeniyetmələrin olimpiya oyunlarında bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda müxtəlif idman növlərindən olan dünya və Avropa çempionatları keçirilir və həm idmançılar tərəfindən, həm də idman ictimaiyyəti tərəfindən bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı qeyd olunur. Bir sözlə, bütün bu faktorları nəzərə alaraq idmançılarımızın, atletlərimizin nailiyyətləri, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstək, mövcud olan idman infrastrukturu və əlbəttə ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini nəzərdə tutub. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, iyirmi idman növündə yarışmalar keçiriləcək. Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirtmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Səbail”də yeni sponsor?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Millimiz Gürcüstana məğlub oldu
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- Kölgədə qalmaq
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- Etirazın cəzası məlum oldu - 15 min manat
- Qara Qarayev UEFA B kateqoriyalı məşqçi kursunda
- “Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
- “Neftçi” üçün vacib oyunöncəsi şad xəbər
-
23:00
“Neftçi”yə tətbiq olunan transfer qadağası aradan qaldırıldı
-
21:25
"Zirə" Qubada vacib 2 xal itirdi
-
19:53
"İmişli" - "Zirə" oyununda qalib aşkarlanmadı VİDEO
-
19:31
"Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq"
-
18:28
AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
18:14
"Böyük Dəbilqə": Cüdoçuları ilk günü medalsız başa vurublar
-
17:45
İntizam Komitəsi I Liqa klublarının futbolçularını cəzalandırdı
-
17:27
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
-
16:59
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
-
16:40
AFFA-dan “Qarabağ”a ümumilikdə 20 oyun cəza, 71 500 manat cərimə
-
16:31
Dünya Seriyası: "Neftçi" yarımfinalda uduzub
-
16:18
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
16:02
PFL-in çempionluq sevinci FOTOLENT VİDEO
-
15:46
Azərbaycanın çimərlik güləşçiləri Vyetnamda yarışacaqlar
-
14:53
I Liqada 26-cı turun oyunlarının başlama vaxtı açıqlandı
-
13:37
Futzal üzrə birinci liqada çempion müəyyənləşdi
-
13:15
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
-
13:00
Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, finalda sevinən tərəf olaq”
-
12:49
AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib
-
12:21
Azərbaycan Kuboku: 30 final, 289 463 tamaşaçı
-
12:08
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord müraciət
-
11:52
Ronaldo 971-ci qolunu vurdu
-
11:36
Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
-
11:14
"Aston Villa" darmadağınla finalda VİDEO
-
10:47
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:05
“Cəbrayıl” - “Baku Sportinq” matçında 5 qol VİDEO
-
07:59
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
19:30
ÇL-də həftənin ən yaxşı o seçildi
-
19:12
"Neftçi" və "Araz-Naxçıvan"dan qələbə
-
18:59
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır FOTOLENT
-
18:41
Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyununda qollu heç-heçə
-
18:28
Orxan Məmmədov: “Ümid edirik ki, finalda hakim səhvi olmayacaq” - ÖZƏL
-
18:04
Boksçuları "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 45 medal qazanıblar
-
17:35
“Neftçi”: mövsümün son ev oyununun biletləri satışda
-
16:57
Bakıda UEFA-nın A kateqoriyalı kursunun V mərhələsi başa çatıb
-
16:13
Dünya Seriyası: "Neftçi" 1/4 finalda
-
15:26
Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən yarış başa çatıb
-
15:00
Xabi Alonso "Çelsi"də?
-
14:42
“Sponsorumuz dedi ki, kuboku qazansaq, komandada bir nəfər ev, digərlərinə pul mükafatı verəcək” VİDEO
-
13:59
"CBC Sport" "Bavariya" - PSJ matçının yayımlanmaması ilə bağlı açıqlama yaydı
-
13:11
AMADA 2027-ci ildən qüvvəyə minəcək antidopinq yeniliklərini federasiyalara açıqlayıb
-
12:38
Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaqlar
-
12:24
Dünya Seriyası: "Neftçi" ilk oyunda qələbə qazanıb
-
12:05
"İmişli"nin əməkdaşları "Trabzonspor"un düşərgəsində
-
11:43
Kvaratsxeliya ÇL-in tarixinə düşdü
-
11:17
ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:56
"Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda
-
09:00
FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
-
23:17
Varqasın qolu rekord qırır: 16 milyondan çox baxış VİDEO
08.05.2026
07.05.2026
06.05.2026























