6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Minifutbol

Portuqaliya millisinin baş məşqçisi: “3 favoritdən biri Azərbaycandır, biri biz, biri də...”

“Bu gün ardıcıl üçüncü qələbəmizi qazandıq. Təbii ki, qalib gəlmək sevindiricidir. Lakin daha çox işləməliyik. Oyunumuzu yaxşılaşdırmalıyıq. Çünki birlikdə çox az oyun keçirmişik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsini maksimum nəticə ilə başa vuran Portuqaliya yığmasının baş məşqçisi Silva Sergio Daniel deyib.

Mütəxəssis qeyd edib ki, 3 komandanı dünya çempionatının favoriti qismində görür: “Əsas favoritlərdən biri təbii ki, meydan sahibi komandadır. Azərbaycan yığması çox güclüdür. Favoritlərdən danışırıqsa, Rumıniyanı da unutmaq olmaz. Üçüncü favorit də Portuqaliyadır (gülür). Lakin yenə deyirəm ki, böyük uğur qazanmaq üçün daha çox çalışmalıyıq”.

Portuqaliyalı mütəxəssis Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığından razı qaldığını vurğulayıb: “Təşkilatçılıq əladır. Dünya çempionatı çox yüksək səviyyədə təşkil olunur. Azərbaycanı da çox bəyəndim. Bakı gözəl şəhərdir. Burada olmaqdan məmnunuq”.  

İbrahim Cəfərov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31