Minifutbol
İsrail millisinin oynayan baş məşqçisi: “Ən yaxşı futbolçumuz azərbaycanlıdır”
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında çıxış edən İsrail millisinin oynayan baş məşqçisi Yuval Şabtayın Futbolxeber.az saytına müsahibəsi
- Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına uğursuz start versəniz də, bu gün Qana üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çox yaxşı oyun keçirdik. Turnirdə ilk qələbəmizi qazandıq. Arzu edirəm ki, növbəti matçlarda bu qələbənin ardını gətirək.
- Qrupdakı son matçda İspaniya ilə üz-üzə gələcəksiniz. Həmin oyunda qələbə qazanmaq şansını necə dəyərləndirirsiniz?
- Çox çətin olacaq. İspanların çox yaxşı komandaları var. Lakin mərhələ adlamaq üçün biz mütləq qalib gəlməliyik.
- Siz həm baş məşqçisiniz, həm də oyunçu. İkisini birdən yerinə yetirmək nə dərəcədə çətindir?
- Əlbəttə, bu, çox çətindir. Çünki oyunçu kimi həmişə meydanda olmaq istəyirəm (gülür). Amma baş məşqçi kimi komandanı düşünməliyəm. Oyunçuların hamısı dostlarımdır. Buna görə əvəzetmə etmək də bəzən asan olmur. Lakin bütün bunlar nə qədər çətin olsa da, hamımız başa düşürük ki, önəmli olan komandanın uğurudur.
- Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razısınız?
- Əlbəttə. Təşkilatçılıq möhtəşəmdir. Oyunların keçirildiyi stadion, komandalar üçün yaradılan şərait, bir sözlə, hər şey əladır. Dünən şəhəri gəzmək imkanımız oldu. İçərişəhərdə olduq, çox gözəl yerlər idi. Bakını çox bəyəndim.
- Uzun illər böyük futbolla məşğul olmusunuz, İsrailin müxtəlif klublarında çıxış etmisiniz. Nə vaxtsa avrokuboklarda Azərbaycan klublarına qarşı oynamısınız?
- Düzdür, “Hapoel Beerşava”nın heyətində avrokuboklarda forma geymişəm. Lakin Azərbaycan klublarına qarşı oynamamışam.
- İsraildə xeyli azərbaycanlı yaşayır. Təsadüfən komandanızda əslən Azərbaycandan olan oyunçu yoxdur?
- Sizə bir sirr açım (gülür). Əslində, komandamızın ən yaxşı oyunçusu Maksim Xayo azərbaycanlıdır. O, komandamızın aparıcı üzvüdür. Lakin təəssüf ki, bu yarışda zədə səbəbindən bizə kömək edə bilmir.
- Dünya çempionatının favoriti qismində hansı komandaların adlarını çəkə bilərsiniz?
- Biz Millətlər Liqasında Rumıniyaya qarşı oynamışdıq. Onlar çox güclüdürlər. Bakıda isə ilk matçda Serbiya ilə üz-üzə gəldik. Serblərin də favoritlərdən biri olduğunu söyləməliyəm. Lakin bu dünya çempionatında hər oyun çətin keçir. Dünən Çadın sürpriz şəkildə Rumıniyanı məğlub etməsi də buna sübutdur.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























