Minifutbol
Millimizin kapitanı: "Moldovadakı çempionluğu Elnur Əşrəfoğluna həsr edirik"
Üç gün öncə Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Kuboku keçirildi. Turnirdə iştirak edən Azərbaycan yığması bütün rəqiblərindən üstün olaraq kuboku qazanmağı bacardı. Jurnalistlərdən ibarət yığma komandamızın kapitanı Sərxan İbrahimoğıu Sportal.az saytına müsahibə verib. O, Kişinyovda uğurlu çıxış edən millimizin oyunlarından və bu komandanın gələcək perspektivindən söz açıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Jurnalistlərdən ibarət Azərbaycan millisi Moldovada minifutbol üzrə Avropa Millətlər Kubokunun sahibi oldu. Turnirə hazırlıq necə alındı, qarşıya qoyulan məqsəd yalnız çempionluq idi, yoxsa Kişinyova "əsas iştirakdır" prinsipi ilə yollanmışdınız?
- Buna qədər bir neçə dəfə bu turnirdə iştirak etsək də təəssüf ki, çempion ola bilməmişdik. Bunun müxtəlif səbəbləri var. Lakin bu dəfə daha yaxşı hazırlaşıb, sırf çempion olmaq məqsədilə Moldovaya yollandıq və nəhayət ki, o kuboku Bakıya gətirdik. Həmin kuboku ən çox qazanmağı bizim mərhum jurnalistimiz Elnur Əşrəfoğlu istəyirdi. Buna görə də bu çempionluğu məhz Elnur Əşrəfoğluna həsr edirik.
- Qalibi mühakimə etməsələr də, maraqlıdır, çempionluğunuzda həlledici məqamlar hansılar oldu?
- Bu dəfəki turnirin çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki müxtəlif vasitələrlə rəqiblərin bəzilərinin heyətlərini də təxmini öyrənmişdik. Biz də reqlamentə uyğun olaraq təcrübəli baş məşqçi və qapıçı ilə güclənməyi qərara aldıq. Bundan əvvəlki illərdə də bu təcrübədən istifadə olunub. Oyunların uğurlu alınmasında əsas səbəb bunlar idi.
- AMF minifutbolun ölkədə populyarlaşması və inkişafı yolunda işlər görür. Maraqlıdır ki, jurnalistlərdən ibarət yığma komanda da qısa zamanda yığılıb, toplanış keçdikdən sonra çempionluq əldə etməyi bacardı...
- Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası ölkə idmanı üçün böyük işlər görür. Jurnalistlərdən ibarət minifutbol millisini yaratmaq bizim çoxdankı arzumuz idi. Sevinirik ki, artıq bu arzumuzu reallaşdırdıq və hətta ilk uğurumuzu da qazana bildik.
- Turnirdə ən çox çətinlik çəkdiyiniz hansı oyun oldu?
- Turnirdə ilk çətin oyunumuz elə bizim qrupda yer alan İsrail millisinə qarşı oldu. Çünki nisbətən gənc jurnalistlərdən təşkil olunmuş komanda idi. Yarımfinalda təcrübəli Gürcüstan, finaldakı Rumınya ilə oyunlar isə ən çətin görüşlərimiz oldu.
- Gələcək üçün jurnalistlərdən ibarət milli komandanın daha da komplektləşməsi və daha da inkişafı üçün hansısa planlar var? Ən azından, növbəti turnirlərdə də iştirakınız gözlənilir?
- Gələcəklə bağlı planlarımız böyükdür. İlk növbədə jurnalistlərin stabil və ənənəvi daxili çempionatını təşkilini düşünürük. Bu çempionatda fərqlənən jurnalistlərdən təşkil olunan milli komanda formalaşdırmaq daha ədalətli olacaq. Çünki Moldovadakı turnirə yollanmağa layiq olan bir neçə həmkarımızı apara bilmədik və bu məsələyə gələcəkdə daha həssas yanaşmağa çalışacağıq. Növbəti turnirlərə daha geniş heyətlə yollanmağı düşünürük. Çünki idman jurnalistləri arasında minifutbolu yaxşı oynayan xeyli həmkar var.
- Yəqin ki, Moldova çempion olduqdan sonra sizi ilk təbrik edənlərdən biri AMF prezidenti Orxan Məmmədov oldu? AMF qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, artıq həm futbolçulardan, həm də jurnalistlərdən ibarət komanda Avropada çempionluq sevinci yaşadı. Düşünmək olar ki, iş eyni tepmdə gedərsə, uğurların davamı da gələcək?
- Jurnalistlərdən ibarət millinin yaranmasında ən böyük təşəbbüsü federasiyamızın prezidenti Orxan Məmmədov göstərdi. Bizim oyunları yaxından izlədiyini də bilirdik. Qələbəmizə həmkarlarımızla yanaşı federasiyamız da çox sevindi. Fürsətdən istifadə edib bu uğuru işıqlandıran, paylaşan və xoş sözlər yazan bütün jurnalistlərimizə təşəkkür edirik. Bu bizim komandadır - İdman jurnalistlərinin!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























