Minifutbol
Elşad Quliyev: “Xalqımız Avropa çempionatında daha güclü Azərbaycan millisi görəcək”
Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin Futbolxeber.az saytına müsahibəsi
“KİMİN İSTEDADI, BACARIĞI VARSA, O DA MİLLİDƏ OYNAYACAQ”
- Ölkə çempionatının oyunlarını mütəmadi olaraq canlı izləyirsiniz. Ötən mövsümlə müqayisədə irəliləyiş nə dərəcədə hiss olunur?
- Keçən ilə nisbətən komandalar daha hazırlıqlıdırlar, daha çox oyunçular cəlb olunub. Mövsüm maraqlı keçir. Milli komandanın baş məşqçisi kimi bu, mənim üçün də çox xoşdur. Düşünürük ki, daha yaxşı, daha hazırlıq oyunçuları milliyə cəlb edək.
- Buna qədər milli komandaya demək olar ki, yalnız “Zirə” və “Birbaşa Bakı”nın oynçuları cəlb olunurdu. Qarşıdakı Avropa çempionatı üçün heyətdə digər klublardan olanları görə biləcəyik?
- Bunu mən də istəyirəm. Elə ona görə də çempionatın hər oyununu canlı izləyirəm. Yeni oyunçuları sınaqdan keçirmək pis olmazdı. Lakin indiki məqamda milli üzvləri çox yaxşı vəziyyətdədirlər. Əsas məsələ odur ki, yeni cəlb olunacaq futbolçu hazırkı heyətdən kimisə əvəz edə biləcək, ya yox. Hazırda Azərbaycan millisi dünya reytinqində ikincidir. Millini bu səviyyəyə qaldıran da oyunçulardır. Hər bir futbolçu istəyir ki, millidə oynasın. Biz də heç kimin qarşısını kəsmirik. Kimin istedadı, bacarığı varsa, o da millidə oynayacaq. Gözaltı etdiyimiz bəzi oyunçular var.
- Hazırda oyununu izlədiyiniz (söhbət dünən olub - İ.C.) “İnter” futbol üzrə milli komandamızın üzvlərindən qurulub. Düzdür, oyunlarına baxanda minifutbola tam öyrəşmədikləri, fiziki cəhətdən ideal vəziyyətdə olmadıqları görünür. Amma ən azından təcrübəsinə görə hansısa oyunçu milli komandaya kömək edə bilər?
- Cari mövsüm əksər klublarda yaxşı futbolçular toplaşıb, hansılar ki, böyük futbolda keçmişdə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda forma geyiblər. “İnter”də isə Azərbaycan futbolunun qaymaqlarıdır. Qeyd etdiyiniz çatışmazlıqlar mövcuddur. Sadəcə məsələ odur ki, qarşıdakı Avropa çempionatına hazırlaşmaq üçün bizim o qədər vaxtımız yoxdur. Baxırıq, hamısına fikir veririk. Çempionat bitdikdən sonra cəmi 8-10 gün Bakıda hazırlıq keçib, aprelin 28-də Avropa çempionatına yollanacağıq. 8-10 gün müddəti isə çox azdır. Həmin vaxtda hansısa oyunçunun fiziki durumunu qaldırmaq çox çətindir. O vaxt ərzində biz yalnız taktiki planda çalışa bilərik. Ona görə də milliyə fiziki baxımdan daha hazırlıqlı oyuçuları cəlb edəcəyik ki, taktikanı komandaya aşılayaq. Dünyanın ən güclü oyunçusu olsa belə, fiziki durumu zəifdirsə, o, komandaya xeyir verə bilməz. Biz qitə birinciliyinə yaxşı nəticə üçün gediriksə, daha hazırlıqlı, daha dinamik futbolçulara dəvət göndərməliyik.
“HAZIRDA DÜNYANIN 3 ƏN YAXŞI MİLLİ KOMANDASINDAN BİRİYİK”
- Avropa çempionatına hazırlaşmaq üçün vaxt azlığını qeyd etdiniz. Bu məqam sizə problem yaratmayacaq? Çempionatın təqvimini dəyişmək olmazdı, yoxsa özünüz belə istədiniz?
- Əvvəlki illər olsaydı, bu məqam bizə problem yarada bilərdi. Lakin hazırda klublar yaxşı hazırlıq keçirlər. Komandalar hər biri həftə ərzində 5-6 də məşqə çıxır. Özüm məşqlərdə də oluram, oyunçuların necə çalışdıqlarını görürəm. Bu da bizi üstünlüyümüzdür. Fundamentdən oyunçu hazırlamaqdansa, hazır futbolçularla işləyəcəyik. Klub rəhbərlərinə də komandalar üçün yaratdıqları bu şəraitə görə təşəkkür edirəm. Hazır futbolçu olanda məşqçinin işi nisbətən azalır. O ki qaldı təqvimə, dəyişiklik etmək olardı. Amma bu halda fiziki hazırlığa diqqət yetirəcəkdik, komanda oyun praktikası baxımından əziyyət çəkəcəkdi.
- Avropa birinciliyinə son çempion kimi yollanacaqsınız. Bu məqam üzərinizdə nə dərəcədə təzyiq yaradır?
- Çempion olmaq hər bir yarışda çətindir. Titul cəmi bir yer üçün nəzərdə tutulub. Ona sahib olmaq istəyən komanda sayı isə 24-dür. Hazırda millimizin durumu çox yaxşıdır. Kollektivin özəyinin 80-90 faizini qoruyuruq. Təcrübə də artır. İnanmıram ki, oyunçularımız nədənsə çəkinsinlər, yaxud problem yaşasınlar. Biz hazırda dünyanın 3 ən yaxşı milli komandasından biriyik. Odur ki, bizə yox, rəqiblərə daha çətin olmalıdır. Çünki Azərbaycan millisi öz adının altına imzasını atıb. İnanıram ki, bu Avropa çempionatında da yığmamız üçün hər şey yaxşı olacaq. İndidən demirəm çempion olacağıq, ancaq yaxşı nəticə qazanacağımıza inamım böyükdür. Bunun üçün potensial da var, futbolçular da. Rəhbərlik də sağ olsun ki, arxamızdadırlar.
- Çox inamlı danışırsınız, bu, özlüyündə müsbət məqamdır. Həqiqətənmi bu gün yığmamızda sizi narahat edən heç bir məqam yoxdur? Yoxsa sadəcə özünüz açıqlamaq istəmirsiniz?
- İnanın ki, bu gün həqiqətən də məni narahat edən heç bir şey yoxdur. Düzdür, rəqiblərimiz güclüdür. Dünya çempionatında da göründü ki, Avropa təmsilçiləri ən güclülərdir. Çünki Avropada minifutbola daha çox önəm verirlər. Biz də ölkə olaraq bu idman növünə diqqət ayırırıq. Dünya çempionatında yarımfinalda bir qədər nəsə çatmadı, finala yüksələ bilmədik. Çalışırıq, çox işləyirik ki, həmin problemləri aradan qaldıraq. İnanıram ki, xalqımız Avropa çempionatında daha güclü Azərbaycan millisi görəcək. Xalqımızı yenidən sevindirmək üçün əlimizdən gələni edəcəyik.
“ƏVVƏL GİMNASTİKADA NƏTİCƏ YOX İDİ, AMMA İNDİ VAR. ÇÜNKİ İŞƏ DÜZGÜN YANAŞILIR”
- Aprelin 1-də Avropa çempionatının püşkü atılacaq. Finala, ən azı yarımfinala qədər qarşılaşmaq istəmədiyiniz hansısa rəqib, yaxud rəqiblər var?
- Rəqibləri qeyd etməli olsaq, mən Çexiya millisini çox bəyənirəm. Gənclərdən qurulmuş kollektivdir, sürətlidirlər. Rumıniya millisi son dünya çempionudur. Macarıstan istənilən rəqibə problem yarada bilər. İspaniya millisi güclü dövrünü yaşayır. Daha dinamik, daha texnikalı komanda formalaşdırıblar. Qazaxlar son dünya çempionatında bizi məğlub etdilər. Eləcə də Bolqarıstan, Bosniya və Hersoqovina, Monteneqro, Fransa və Portuqaliya millilərinin adını çəkə bilərəm. Demək olmaz ki, bu gün kimsə kimdənsə bir baş üstündür. Xeyr. Sadəcə kim daha hazırlıqlı olacaqsa, o da uğur qazanacaq. Ona görə də yaxşı hazırlıqlı olan millilərlə əvvəlki mərhələdə qarşılaşmaq istəməzdik. Məsələn, Rumıniya son dünya çempionudur, güclüdür. Amma ola bilər ki, Avropa çempionatında fiziki baxımdan axsasınlar. Belədə nəzərə alsaq ki, millimiz sürətlidir, onlarla oynamaq bizə rahat olar.
- Maraqlıdır, rəqiblər haqda məlumatları necə əldə edirsiniz, bu baxımdan nə dərəcədə çətinlik yaşayırsınız?
- Avropada müxtəlif turnirlər keçirilir. Biz də apreldə Monteneqroda bir yarışa qatılacağıq. İnternet vasitəsi ilə rəqibləri izləyirik. Bütün komandaları izləmək mümkündür. Düzdür, əvvəl bu baxımdan bir qədər çətinlik çəkirdik. Xüsusən də dünya çempionatından öncə Afrika, Asiya təmsilçiləri haqda məlumat əldə etmək çətin idi. Amma Avropa yığmaları ilə bağlı vəziyyət fərqlidir. Hətta yeni oyunçular gələndə də məlumatımız olur. Müsbət keyfiyyətlərini araşdırırıq.
- Minituboldan fərqli olaraq böyük futbolda millimiz heç bir uğur qazana bilmir. Sizcə, necə olur ki, Azərbaycanın böyük futbol millisi autsayder olsa da, minifutbol yığması Avropa çempionu olur, dünya çempionatında yarımfinala yüksəlir...
- Məncə, hər şey yanaşmadan asılıdır. Hansı idman növündə işə peşəkar yanaşılırsa, o idman növündə də nəticə olur. Məsələn, götürək gimnastikanı. Əvvəl bu idman növündə nəticə yox idi, amma indi var. Çünki işə düzgün yanaşılır. İnanıram ki, tezliklə böyük futbol millimiz də Avropa və dünya çempionatlarına vəsiqə qazanacaq. Azərbaycan millisi daha yaxşı vəziyyətdə ola bilər. Sadəcə bir qədər yanaşma dəyişməlidir.
“SON İLLƏR FUTZAL DURĞUNLUQ DÖVRÜNÜ YAŞAYIR”
- Bu gün istər futzaldan, istər böyük futboldan minifutbola üz tutanlar çoxdur. Demək olar ki, minifutbola olan maraq hazırda digərlərini ötüb?
- Müqayisə etmək istəməzdim. Arzum odur ki, futzal da, futbol da, minifutbol da daha yaxşı inkişaf etsin. Bilirsiniz ki, karyeramın böyük hissəsi futzalla bağlıdır. Ona görə istərdim ki, futzal da inkişaf etsin. Son illər bu idman növü durğunluq dövrünü yaşayır. Ümid edirəm ki, yenidən futzalda da inkişaf olacaq. Əvvəllər çox yaxşı oyunçular yetişib, yaxşı tariximiz olub. Ümidimiz daha yaxşı milli komanda, klublar görməkdir.
- Kifayət qədər maraq olmasına baxmayaraq, ali futbol qurumları hələ də minifutbolu üzv kimi qəbul etməyiblər. Sizcə, minifutbol yarışları nə vaxt FİFA-nın, UEFA-nın bayrağı altında keçiriləcək?
- Qapılar demək olar ki, açıqdır. Bu gün dünyada minifutbola böyük maraq var. Böyük kütlə minifutbolla məşğuldur. Dünyada böyük futboldan sonra ən populyar futbol növü məhz minifutboldur. Futbolu bitirənlər də bura üz tuturlar, gənclərin də bu idman növünə maraqları böyükdür. Biz Avropa çempionu olduqdan sonra Azərbaycanda minifutbola maraq birə üç artdı. Sualınıza dəqiq cavab vermək, konkret vaxt söyləmək çətindir. Bəlkə bu il olacaq, bəlkə gələn il, yaxud 3 ildən sonra. Amma məncə, tezliklə bu baş verəcək. Çünki FİFA və UEFA kütlə nəyə baxırsa, onun arxasında dayanmağı xoşlayır.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























