23 Avqust 2026, Bazar günü
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Minifutbol

2021-ci il üçün “Yay Futbol Düşərgəsi” layihəsinə start verilib

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 1 iyul tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək.

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər “Vətən müharibəsi”ndə şəhid və qazi olan igid əsgərlərimizin övladlarıdır.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 600-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31