15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Minifutbol

SOS Uşaq Kəndinin sakinləri “Neftçi”nin məşqini izlədi

“Neftçi” PFK ilə “LU-MUN Holding” şirkətinin başlatdığı Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində bu gün SOS Uşaq Kəndinin sakinləri yeni mövsümə hazırlaşan komandamızın məşqində iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş zamanı uşaqlar əvvəlcə futbolçularla görüşüb, söhbət edib, daha sonra birlikdə topla oynayıblar.

Onlar hazırladıqları hədiyyəni baş məşqçi Samir Abasova təqdim ediblər. Birlikdə xatirə şəkli çəkdirdikdən sonra “Neftçi”nin məşqini kənardan izləyiblər. Sonda uşaqlar təlim-məşq bazasının 4-cü meydançasında bölüşərək futbol oynayıblar.

Qeyd edək ki, “Neftçi” PFK ilə “LU-MUN Holding” birlikdə bu cür tədbirləri il ərzində davamlı olaraq hayata keçirəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31