Minifutbol
Çox sağ ol, Keysuke!
Martın əvvəli idi, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən Keysuke Hondanın mümkün gəlişi haqda soruşdum. Məlum oldu ki, yapon ulduzun transfer ehtimalı kifayət qədər realdı. Qısa müddət sonra Honda “Neftçi” ilə rəsmi müqavilə imzaladı. Flaqmanla birgə məşqlərə başladı, ilk oyununa çıxdı, ilk qolunu vurdu və sonda komandası ilə birgə çempionluq sevinci yaşadı...
Nədənsə ilk gəldiyi gündən Hondaya qarşı münasibət birmənalı deyildi. İstər azarkeş olsun, istər “jurnalist”, istər digər klub rəsmisi, istər futbol adamı - fərq etməz, yapon futbolçunun gəlişinə istər publika önündə, istər kənarda - ağız büzənlər çox idi. Kimisinin ağzını “Qarabağ” sevgisi büzdürürdü, kimisini anti“Neftçi” hissi, kimisini paxıllıq, kimisini qərəz, kimisini sadəcə subyektiv yaşanması və s.
Mənə görə Hondanın Azərbaycana gəlişi futbolumuz adına böyük hadisə idi. O zaman da bu haqda cızma-qara eləmişdim. Yaşının çox olması sadəcə bu keçidə ağız büzənlər üçün bəhanə idi. Honda kimi ulduzlar Azərbaycana onsuz da 35 yaşında gəlirlər. 25 yaşında “Milan”da oynayan (özü də 10 nömrə!) adam 26 yaşında gəlib bizim 8 komandalı çempionatımızda niyə oynasın ki?..
Əslində, Honda meydana çıxdığı oyunlardakı çalışqanlığı, mübarizliyi, ötürmələri və sonda qazandığı çempionluqla onun transferinə ağız büzənlərə ən yaxşı cavabı verdi. Necə deyərlər, mız yeri qoymadı. Amma Honda təkcə meydanda sözünü demədi. Ondan kənarda da xarüqələr yaratdı. Fikrimcə, sıravi həyatda xarüqələr yaratmaq meydandakından daha çətindi. Alim olmaq asandı, adam olmaq çətin deyimini futbol dilinə uyğunlaşdırsaq, böyük futbolçu olmaq asandı, amma böyük insan çətin.
Əvvəlcə Ağdamı, İmarəti, Cümə məscidini, Allahverdi Bağırovun məzarını ziyarət etməsi, daha sonra isə bu günlərdə uşaq sığınacağının sakinlərini sevindirməsi ilə Honda necə böyük qəlbə sahib olduğunu göstərdi. Bu günə qədər Azərbaycana çox tanınmış futbolçu gəlib. Amma onlardan hansınınsa kimsəsiz uşaqlarla vaxt keçirdiyini xatırlamıram. Yapon ulduz isə artıq futbolçu kimi missiyasını başa vurduğu ölkədə həm də insanlığı ilə iz qoydu. Həyatında bircə dəfə kimsəsiz uşaqları ziyarət etməyən, onları kiçik hədiyyə ilə sevindirməyənlər bəlkə də bu hissin nə anlam kəsdiyini dərk etməzlər. O hissləri yaşamaq lazımdı. Bir kimsəsiz körpənin qəlbini sevindirmək, onun üzünə təbəssüm bəxş etmək bütün çempionluqlardan üstündü. Bunu isə ancaq BÖYÜK İNSANLAR bacarırlar. Bu cür ürəyə sahib olduğun üçün, çoxumuzun əksər hallarda xatırlamadığı həmin uşaqları sevindirdiyin üçün çox sağ ol, Keysuke! Təkcə elə bu ziyarətin sənin keçidinə ağız büzənlərə ən yaxşı cavabdı!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























