24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Putinin olimpiadada iştirakına qadağa qoyuldu

Rusiya Prezidenti Vladimir Putin yaxın iki ildə dünya çempionatlarına və olimpiadalara qatıla bilməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Dünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəyə dair İdman Arbitraj Məhkəməsinin (CAS) qərarında bildirilib.

Qadağa ölkənin bütün yüksək vəzifəli şəxslərinə şamil edilib. Bunlara nazirlər və onların müavinləri, baş nazir və müavinləri, Dövlət Dumasının deputatları və dövlət başçısı da daxildir.

İştirakı qadağan edilmiş hansısa məmur, ev sahibi ölkənin prezidenti və ya baş naziri tərəfindən şəxsən dəvət edildiyi təqdirdə və ya Beynəlxalq Olimpiya Komitəsini (IOC), həmçinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvü olduğu təqdirdə turnirdə iştirak edə bilər.

Qeyd edək ki, CAS-ın qadağası idmançılara və onların komanda üzvlərinə şamil edilmir. CAS-ın və WADA-nın qərarına əsasən, rusiyalı idmançılar 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31