29 Noyabr 2026, Bazar günü
"Qarabağ" "Sumqayıt"ı məğlub etdi
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi

Digər idman növləri

Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib

Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib.

Futbolxeber.az saytının AMADA-ya istinadən verdiyi məlumata görə, vebinarlar müvafiq olaraq çempionatda iştirak edəcək idmançılar və onların köməkçi heyəti üçün nəzərdə tutulub.

Maarifləndirmə tədbirlərinin məqsədi iştirakçıların antidopinq qaydaları üzrə biliklərini artırmaq, hüquq və öhdəliklərini izah etmək, mümkün antidopinq risklərinin qarşısının alınmasına dəstək göstərmək olub.

Vebinarlarda antidopinq qayda pozuntuları və onların nəticələri, dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, dərman və qida əlavələrinin istifadəsi ilə bağlı risklər, terapevtik istifadə üçün istisnalar, eləcə də mümkün dopinq halları barədə məlumat təqdim edilib.

Hər iki vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular üzrə əlavə izahlar verilib.

Vebinarlar idmançıların və onların köməkçi heyətinin dünya çempionatına daha məlumatlı hazırlaşmasına, idmançı sağlamlığının qorunmasına və təmiz idman prinsiplərinin təşviqinə xidmət edib.

Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17-18-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30