Minifutbol
AİJA prezidenti: “Hər oxuyan Molla Pənah olmaz”
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun müsahibəsi
- Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür. Bu günü necə qeyd edəcəksiniz?
- Əvvəla fürsətdən istifadə edib bütün idman mediasını, yaradıcılıqları ilə töhfələr verən jurnalistləri təbrik edirəm. Bildiyiniz kimi, 1924-cü il iyulun 2-də Olimpiada vaxtı Fransada jurnalistlər bir araya yığılaraq Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təməlini qoyublar. Buna görə də qərara alınıb ki, 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunsun. Bunu hər il keçirməyə çalışırıq. Ancaq bu il məlum koronavirus pandemiyası səbəbindən bütün tədbirlər dayandırıldığı üçün planımızı gerçəkləşdirə bilmədik.
- Bu il AİJA-nın 25 illiyidir. Bununla bağlı xüsusi bir tədbir planlaşdırılırmı?
- Bəli, bu il AİJA-nın 25 ili tamam olur. 1995-ci ildə təsis yığıncağında gənclər və idman naziri özü şəxsən iştirak eləmişdi. AİJA AİPS-in Avropa idman mətbuatı ittifaqının Azərbaycandakı təmsilçisidir. Bu il böyük tədbirlər keçirməyi planlaşdırmışdıq. Hətta ilin yekunları ilə bağlı jurnalistlərə təqdim olunacaq mükafatların hamısı hazırdır. Kütləvi tədbirlər qadağan olunduğu üçün mükafatları təqdim edə bilmirik. Bir çox böyük yarışlar, həmçinin Olimpiada təxirə salındı. Bu il hətta dünya təşkilatının konqressinin keçirilməsi də sual altındadır.
- Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvüsünüz və 77-ci Konqress Azərbaycanda baş tutmuşdu. Gələcəkdə belə tədbirlərin ölkəmizdə keçirilmək etimalı varmı?
- MDB ölkələri tarixində Rusiyadan sonra elə bir ölkə olmamışdı ki, oranın nümayəndəsi dünya təşkilatının İcraiyyə Komitəsinin üzvü olsun. 1998-ci ildə üzvlüyə qəbul üçün bir səs çatmamışdı. 2010-cu ildə AİPS Avropanın Antalyadakı 32-ci Baş Assambleyasında keçirilən seçkilər zamanı İcraiyyə Komitəsinə üzv seçildim. 77-ci Konqres zamanı isə Azərbaycan prezidentinin tapşırığı ilə Bakıya gələn qonaqlar yüksək səviyyədə qarşılandılar. Cənab Prezident Konqress öncəsi iştirakçılarının şərəfinə verilən ziyafətə qatıldı. Adətən konqress 3 və ya 4 gün keçirilir. Bakıda bu, 5 gün çəkmişdi. Biz yenə də ölkəmizdə böyük yığıncaqların keçirilməsində maraqlıyıq. Bununla bağlı gözəl planlarımız var, ancaq bunun üçün dəstək olmalıdır. Hətta yay vaxtı Naxçıvanda bir tədbir təşkil etmək niyyətimiz var. Avropa idman jurnalistlərinin seminarı ənənəvi olaraq keçirilir. Biz həmçinin Gəncədə, Qəbələdə belə seminarların təşkilini istəyirik. Qonaqlarımızı bölgələrimizlə tanış etmək fikrimiz var.
- Azərbaycanda idman jurnalistikasının hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Nə çox yüksək, nə də çox aşağı dəyərləndirirəm. Daha yaxşı ola bilər, bunun üçün də idman jurnalistləri arasında birlik lazımdır. Bilirsiniz, idman jurnalistləri adlı ayrıca bir qol yoxdur. Əvvəl gərək jurnalist olasan, sonra idmandan yazasan. Məsələn, Çingiz İsmayılov "Neftçi"nin qapıçısı idi, sonradan jurnalistika fakültəsini bitirdi və bu sahədə peşəkar səviyyədə çalışdı. Düzdür, başqa sahələrdən də jurnalistikaya gəlib parlayanlar var. Amma hər oxuyan Molla Pənah olmaz. Əsas odur ki, jurnalist etikasını, həmrəyliyini, dəst-xəttini qorusunlar. Jurnalistikanın özünəməxsus incə xüsusiyyətləri var. Peşəkar jurnalistin hazırlamadığı yazılarda qüsurlar olur. 54 ildir ki, dövri mətbuatda peşəkar jurnalist kimi fəaliyyət göstərirəm. Mənə böyük ustadlar, nəhənglər dərs deyiblər. Jurnalistikanın inkişafı üçün çox çalışmaq lazımdır. Bu mənada AİJA-nın da çiyinlərinə böyük yük düşür. Təəssüf ki, bizim təşəbbüslərimiz çox vaxt idman nazirliyi səviyyəsində dəstəklənmir. Çünki maliyyə durumumuz buna imkan vermir. Halbuki dünya təşkilatı hər ölkədən yalnız bir üzvü tanıyır. AİJA da AİPS qarşısında öhdəliklərini hər zaman yüksək səviyyədə yerinə yetirib.
- Sizcə, idman jurnalistikası ilə bağlı əsas problemlər və bunların həlli yolları nələrdir?
- Birincisi, daim öyrənmək lazımdır. Təkcə futbolçuların adlarını əzbərləyib onların işini yazmaqla kifayətlənmək doğru deyil. Onları azarkeşlər də tanıyır. 3-4 cümləni ard-arda qoşmaqla jurnalistlik olmur. Bizim qapımız hər kəsin üzünə açıqdır və heç vaxt da nədəsə maddi marağımız olmayıb. Hətta təqdim etdiyimiz mükafatları da şəxsi vəsaitimiz hesabına alırıq. Bu da hər il 1000 manata yaxın pul edir. Çalışırıq idman jurnalistlərini qiymətləndirək. Bunu müəyyən edərkən də peşəkarların rəylərini nəzərə alırıq. Əvvəl səsvermə ilə keçirirdik. Amma bu, yaxşı effekt vermirdi. Çünki hərə özünə səs toplatdırırdı. İndi isə individual şəkildə peşəkarlara müraciət edirik. Onlar da faktlarla seçimlərini deyirlər. Bunu nəzərə alaraq hər il qalibləri seçirik. İdman jurnalistikasında olan problemlərin həlli mümkündür (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























