24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Araz Abdullayev haqda cinayət işi açıldı

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Futbolxeber.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb. 

Məlumata görə, A.Abdullayev 90 XB 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. 

O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. Lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31