26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Minifutbol

Zidan: "Materatsini vurduğum üçün fəxr etmirəm"

“Real”ın baş məşqçisi Zinəddin Zidan DÇ-2006-nın İtaliyaya qarşı keçirilən final oyununda rəqib oyunçu Marko Materatsini kəllə ilə vurduğu üçün futbol ictimaiyyətindən üzr istəyib.
 
Futbolxeber.az xəbər verir ki, mütəxəssis italiyalı futbolçunu vurduğu üçün fəxr etmədiyini dilə gətirib:
 
“Futbolu unikal idman növünə çevirən bütün insanlardan, məşqçilərdən və ictimaiyyətdən üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Materatsini vurduğum üçün fəxr etmirəm. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik”.
 
Zidan Materatsiyə kəllə vurduğu üçün meydandan qovulmuş, İtaliya yığması isə penalti seriyasında qalib gələrək dünya çempionu olmuşdu.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31