14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Minifutbol

Modriç saxlanıldı: 5 il həbs…

İspaniyanın "Real” klubunun ulduz futbolçusu Luka Modriçin başı dərddədir. Futbolxeber.az-ın məlumatına görə, polislər 31 yaşlı yarımmüdafiəçini saxlayıb.
 
Xorvatiyalı futbolçu yalançı şahidlik etməkdə ittiham olunur və barəsində cinayət işi açılıb. O, “Dinamo”nun (Zaqreb) prezidenti Zdravko Mamiç və onun qardaşı Zoran Mamiçin transferlərdən əldə edilən 15 milyon avronu ələ keçirməsi haqqında aparılan məhkəmə prosesində şahid kimi ifadə verib.Bundan başqa, Mamiç qardaşlarının 1,6 milyon avro məbləğində vergi borcunun olduğu da bildirilir.
 
Məhkəmədə Modriçin yalan ifadə verdiyi sübut edilərsə, onu 5 il həbs cəzası gözləyir.
 
Qeyd edək ki, Modriç 2008-ci ildə “Dinamo”dan “Totenhem”ə (İngiltərə) transfer olmuşdu. O, 2012-ci ildən “Real”da çıxış edir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31