Minifutbol
Maşallah Əhmədovun məhkəməsində yenə mübahisə düşüb
Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Futbolxeber.az-ın "Report"a istinadən məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə "Sahil" MTK-nın rəhbəri Kamil Alıyev ifadə verib. O, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsi üçün 27 min manat ödənildiyini bildirib. Daha sonra M.Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə olub. M.Əhmədov qeyd edib ki, zərərçəkmişlə İranda bir yerdə olublar: "Mənim azadlığımı əlimdən ala bilərsiz, amma dinimi, imanımı ala bilməzsiniz. Yusif Əzizov daşların qiymətini dəqiq bilir. İndi o, burada mənə şər ata bilməz".
Prosesdə "Sahil" MTK-nın iş icraçısı Musa Qaybullayev dindirilib. O deyib ki, malların alınması və görülən işlə bağlı "Sahil İnşaat Group" MMC arasında müaqavilə imzalanıb. Ədliyyə Nazirliyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev ifadə verib. O söyləyib ki, ekspertizaya qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib. İclasda zərərçəkmiş Y.Əzizovun nümayəndəsi Neman Kərimovla M.Əhmədovun arasında mübahisə yaranıb. Belə ki, N.Kərimov təqsirləndirilən şəxsə sual verərkən tanınmış futbolçu ona barmaq silkələyib. Y.Əzizovun nümayəndəsi isə onu "moşennik" adlandırıb.
Hakim F.Qasımov N.Kərimova protokolla xəbərdarlıq edib. N.Kərimov vəsatətlə çıxış edərək "Sahil İnşaat Group" MMC ilə M.Əhmədov arasında müqavilə və pulun ödənilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, məhkəmə öz təşəbbüsü ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı Əmtəəşünaslıq Ekspertizasının təyin edilməsi ilə qərar çıxarıb. Buna görə də proses qeyri-müəyyən müddətədək təxirə salınıb.
Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.
Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
14.10.2026
13.10.2026
12.10.2026
























