14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Minifutbol

Azərbaycanlı futbolçu çay içdiyi yerdə dünyasını dəyişdi

Ötən gün axşam saatlarında azərbaycanlı futbolçu dünyasını dəyişib. Futbolxeber.az-ın "Sportinfo"ya istinadən məlumatına görə, uzun illər "Göyəzən"in formasını geyinmiş Qoşqar Sarıyev ürəktutmasından həyatını itirib.
 
1979-cu il təvəllüdlü keçmiş oyunçu Qazaxda, dəvət aldığı məclislərin birində infarkt keçirib. Verilən informasiyaya görə, çay içdiyi yerdə qəfildən Sarıyevin halı pisləşib və yerə yıxılıb.
 
Yaxınlıqdakılar ilkin tibbi yardım göstərməyə çalışsa da, onu ölümün pəncəsindən almaq mümkün olmayıb. Allah rəhmət eləsin!
 
 
(Qoşqar Sarıyev – əyləşənlər sırasında soldan birinci)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31