24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

З днем народження, Шева

Bu gün Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenkonun 40 yaşı tamam olur. Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçu 1976-cı ilin 29 sentyabrında Kiyev oblastının Yaqotinski rayonunun Dvorkovşina kəndində dünyaya göz açıb.

1993-cü ildə peşəkar karyerasına Kiyev “Dinamo”sunda başlayıb. 1999-cu ildə “Milan”a transfer olunan Şeva karyerasının ən parlaq illərini məhz bu klubda keçirib. 2006-cı ildə “Çelsi”yə transfer olunan hücumçunun karyerasında eniş başlayıb. London klubunda 3 mövsüm ərzində cəmi 9 qol vuran Şevşenko daha sonra “Milan”a qayıtsa da, əvvəlki hücumçunu xatırlatmayıb. 2012-ci ildə karyerasını doğma “Dinamo”da başa vurub. Peşəkar karyerası ərzində 446 oyunda 219 dəfə fərqlənib ki, bu qolların yarısından çoxunu (127) “Milan”da vurub.

Şevçenko “Dinamo”nun heyətində 5 dəfə Ukrayna çempionu (1994/95, 1995/96, 1996/97, 1997/98, 1998/99) olub. 3 dəfə ölkə kubokunu (1995/96, 1997/98, 1998/99), 1 dəfə Ukrayna Superkubokunu (2011), 3 dəfə də “Birlik Kuboku”nu (1996, 1997, 1998) qazanıb.

“Milan”ın heyətində 2003/04 mövsümündə “A” seriyasının, 2002/03 mövsümündə İtaliya kubokunun, 2004-cü ildə İtaliya Superkubokunun, 2002/03 mövsümündə Çempionlar Liqasının, 2003-cü ildə UEFA Superkubokunun qalibi olub.

“Çelsi” ilə birgə isə Şeva İngiltərə Kubokunu (2006/07), İngiltərə Liqa Kubokunu (2006/07) və İngiltərə Superkubokunu (2009) qazanıb.

Fərdi olaraq isə Şevçenko 50 mükafata sahib çıxıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31