24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Nyu-Yorkda “Bakı-2015” stendi nümayiş etdirilib

ABŞ-ın Nyu-York şəhərində keçirilən ənənəvi 34-cü Türk Günü yürüşündə “Bakı-2015” ilk Avropa Oyunları təbliğ olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Nyu-Yorkun Mahnetten səmtində minlərlə insanın iştirakı ilə baş tutan yürüşdə Azərbaycan diasporu “Bakı-2015” birinci Avropa Oyunlarını şəhər sakinlərinə və qonaqlara təqdim edib. Oyunların loqosu əks olunmuş mobil stend yürüş boyu bir neçə saat ərzində şəhərin mərkəzi prospekti ilə hərəkət etdirilib.

Yürüşdə türkdilli xalqların diaspor təşkilatları, o cümlədən Azərbaycan Nyu-York Assosiasiyası fəal iştirak edib. Yürüşə əsasən milli geyimdə qatılan diaspor fəalları əllərində Azərbaycan, Türkiyə, ABŞ bayraqları və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü əks etdirən plakatlar tutublar.

Türk Günü yürüşündə türk milli rəqs qrupları və musiqiçiləri maraqlı çıxışlar ediblər. Hər il yürüşə qatılmaq üçün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türkdilli xalqların minlərlə nümayəndəsi Nyu-Yorka gəlir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31