Minifutbol
Brüsseldə keçirilən “Avropa idman gecəsi”ndə “Bakı-2015” təqdim olunub
Brüsseldə keçirilən “Avropa idman gecəsi”ndə “Bakı-2015” birinci Avropa Oyunları təqdim olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, tədbir Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı yanındakı ofisi və Almaniyanın Hessen əyalətinin birgə təşkilatçılığı ilə keçirilib.
Avropa Olimpiya Komitəsi rəhbərliyinin, Avropanın müxtəlif ölkələrinin Olimpiya komitələrinin prezidentlərinin, Avropa Parlamentinin üzvlərinin, qitənin idman ictimaiyyətinin təmsilçilərinin, habelə Almaniyanın Hessen əyalətinin ali nümayəndələrinin iştirakı ilə keçirilən “idman gecəsi”ndə əvvəlcə tədbir və iştirakçılar haqqında məlumat verilib.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin sədri Martin Şults çıxış edərək qitənin dəyərlərindən, idman ənənələrindən, potensialından, gənclərin bədən tərbiyəsi və idmana marağının daha da artırılmasının vacibliyindən bəhs ediblər. Çıxışlarda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil edilməsindan danışılıb və qitənin bu yarışlarının böyük müvəffəqiyyətlə baş tutacağına əminlik ifadə olunub.
Patrik Hikki deyib: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir. Mən ötən həftə Bakıda oldum. Gördüklərimdən çox yüksək təəssürat almışam. Bizim hələ 5 həftəmiz var. İndidən heç bir riskimiz qalmayıb. Bütün işlər düzgün həyata keçirilib. Brüsseldə təşkil olunmuş bu gecə bütün uğurları hamıya göstərmək üçün gözəl fürsət oldu. Bakıda birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirilməsi, eləcə də atletlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Brüsseldə ilk Avropa Oyunlarının təqdimatında iştirakdan məmnunluğunu bildirən Martin Şults deyib: “Bu Oyunların keçirilməsi ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirəcək. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edilir. Mən oyunların uğur və müvəffəqiyyətlə keçiriləcəyinə ümid edirəm. İdmanın inkişafı tolerantlıq üçün çox vacibdir”.
Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanez Kosiyaniç bildirib: “Hesab edirəm ki, Oyunlara hazırlıq çox yüksək səviyyədədir. Bu, böyük idman hadisəsi olacaq. Birinci Avropa Oyunları yüksək keyfiyyətli və bütün standartlara cavab verəcək səviyyədə təşkil olunacaq. Bu Oyunlar təqribən bir aydan sonra başlayacaq və bununla da biz öz qitəmiz üçün gözəl bir ənənəyə start verəcəyik” .
Bu Oyunlara hazırlığın Azərbaycana nəyə qadir olduğunu sübut etmək üçün gözəl şərait yaratdığını vurğulayan Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos Ortueta deyib: “Azərbaycan bu Oyunları lazımi səviyyədə keçirmək üçün böyük işlər görüb. Yeni idman qurğuları inşa edilib. Bütün işlər yüksək keyfiyyətlə həyata keçirilib. Əminəm ki, bu Oyunlardan sonra Azərbaycan və onun gücü haqqında ən müxtəlif dairələrdə hələ çox danışılacaq”.
Sonra ölkəmizin gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün istiqamətlərdə qazandığı nailiyyətlərin idman sahəsinə də şamil olunduğunu, beynəlxalq idman təşkilatlarının bu faktı dəfələrlə vurğuladıqlarını deyib. Hazırda Azərbaycanın nüfuzlu beynəlxalq yarışların uğurla keçirildiyi ölkə olduğunu söyləyib.
A.Rəhimov birinci Avropa Oyunlarına hazırlıq prosesi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin qısa müddətdə gördüyü işlər haqqında ətraflı məlumat verib. Birinci Avropa Oyunlarında təmsil olunacaq idman növləri və idmançılar barəsində danışıb.
Sonra birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qısa müddətdə Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün atdığı addımlardan, respublikamızın idman qurğularının yarışları qəbul etməyə tam hazır olmasından, Təşkilat Komitəsinin fəaliyyətindən ətraflı bəhs olunur.
Sonra tədbir interaktiv şəraitdə davam etdirilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
14.10.2026
13.10.2026
12.10.2026
























