14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Minifutbol

Ziya Məmmədovun qardaşı oğlu mükafat aldı

“Best of the Best” promoşn qrupunun prezidenti, K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov  “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb.
 
Gənclər və İdman nazirliyi, “Sportsman” jurnalının təşkilatçılığıyla keçirilən mərasimdə Elnur Məmmədova mükafatı Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. “Best of the Best” promoşn qrupunun prezidenti “2014-cü ildə idman aləmində Azərbaycanın təbliğinə görə” nominasiyasının qalibi olub.
 
Əlavə edək ki, Elnur Məmmədovun rəhbəri olduğu “Best of the Best” promoşn qrupu ötən il Bakıda K-1 üzrə nüfuzlu World Max turnirini keçirib. Yarışda Buakav Bençamek və digər məşhur idmançılar iştirak edib. World Max turnirinin görüşləri televiziya vasitəsilə 178 ölkədə göstərilib.
 
Qeyd edək ki, K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin üzvü Elton Məmmədovun oğludur.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31