20 Oktyabr 2025, Bazar ertəsi
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Minifutbol

Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açıb

Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir.

Futbolxeber.az saytının publika.az-a istinadən verdiyi məlumata görə, işğalçı ölkə 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb.

Qeyd olunur ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da cinayət işi başlanıb.

Nurlan İbrahimov Ermənistanın Gəncə və Bərdədə dinc sakinləri bombalamasından sonra sosial şəbəkədə emosional status yazmış və daha sonra onu silmişdi.

Əlavə edək ki, həmin statusa görə N.İbrahimov futboldan ömürlük uzaqlaşdırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31