28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?

Azərbaycan Premyer Liqasının 10-cu turu üçün nəzərdə tutulan “Sumqayıt” - “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası açıqlama yayıb.

Mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan əvvəl PFL tərəfindən stadiona baxış keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31