2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Futzal

“Araz-Naxçıvan”: 3-ü gəldi, 2-si icarəyə göndərildi

Qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, son çempion bu günlərdə 3 futzalçı ilə anlaşıb. Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib.

Mateus Henrique də hücumçudur. Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var. Hər 3 oyunçu ilə “5 ay+1 il” müddətinə anlaşma əldə olunub.

Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31