5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Futzal

Millimiz Bosniya və Herseqovina ilə yoldaşlıq oyunlarının hazırlığına başlayıb

Azərbaycanın futzal millisi Bosniya və Herseqovina ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.
 
Futbolxeber.az saytının Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla, ümumilikdə 14 futzalçıya dəvət göndərib.
 
Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsasən taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komanda Bosniya və Herseqovinaya yollanacaq.
 
Oyunlar noyabrın 4-5-də Zenitsa şəhərindəki Huseyn Smayloviç adına idman zalında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
 
Qeyd edək ki, bu, komandanın AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı oyundan öncə keçirəcəyi son yoldaşlıq görüşləri olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30