Futzal
Millimizin legionerləri: mıəşqçilər və oyunçular LAYİHƏ
Son günlər ölkə mətbuatında futzal üzrə milli komandamızın baş məşqçi vəzifəsinə təyinatla bağlı geniş müzakirələr aparılır. Hətta qeyri-rəsmi məlumatlara əsasən, yığmamızın yenidən Joze Alesioya tapşırılacağı deyilir. Bu təyinat reallaşarsa, braziliyalı məşqçi ikinci dəfə yığmamıza təyinat alan ilk mütəxəssis olacaq.

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını məhz Azərbaycan millisinin tarixindəki əcnəbilərə - həm baş məşqçi, həm də oyunçulara həsr edir.
CIĞIRAÇAN YUDİN OLUB
Futzal üzrə milli komandamızın beynəlxalq arenada debütu 1995-ci ilə təsadüf edib. Həmin vaxt yığmamız Avropa çempionatının seçmə mərhələsində iştirak edib ki, yığmamıza da Əbdülqəni Nurəhmədov başçılıq edirdi. Ondan sonra müxtəlif vaxtlarda Azərbaycan millisini Hacıbala Abdullayev, Rüstəm Rəhimov, Elman Ələkbərov, Fazil Qarayev və Baba Əsgərov çalışdırıb.
Yığmamızda ən çox şans qazanan yerli mütəxəssis Hacıbala Abdullayev olub. Məhz ilk baş məşqçi Əbdülqəni Nurəhmədovdan estafeti təhvil alan təcrübəli mütəxəssis iki müxtəlif cəbhədə - həm dünya, həm də Avropa çempionatlarında yığmaya başçılıq edib. O, AÇ-1999 və AÇ-2001-də, həmçinin DÇ-2000-də baş məşqçi postunu tutub.
Millimizin ilk əcnəbi baş məşqçisi isə Andrey Yudin olub. 2001-2002-ci illərdə “Turan Air”in şərəfini qoruyan mütəxəssis 2007-ci ilin dekabrın 13-də AFFA ilə müqavilə imzalayıb. Ancaq o, cəmi 3 ay yığmamızın baş məşqçisi olub. Onun rəhbərliyi altında futzalçılarımız müxtəlif turnirlərdə 6 qələbə qazanıb, 1 dəfə məğlubiyyətlə üzləşib. Millinin dünya çempionatının seçmə qrup mərhələsini adlaya bilməməsi AFFA rəsmilərinin martda Yudinlə əməkdaşlığa son qoymasına şərait yaradıb. Halbuki, rusiyalı mütəxəssis Azərbaycan futzalına DÇ-də Ermənistan üzərində böyükhesablı qələbə (9:1) ilə adını yazdırıb.
ZAUR AXUNDOV: YALNIZ ƏCNƏBİLƏR
2008-ci ilin yayında Zaur Axundovun Futzal Federasiyasının prezidenti təyin edilməsi nəticəsində ölkəmizə legioner axını başladı. Üstəlik, futzalda yüksək maaşlar, bahalı transferlər də məhz hazırkı prezidentin adıyla bağlıdı. Əslində, Yudini də məhz Axundov milliyə gətirmişdi. Belə ki, Zaur bəy federasiya başçısı postundan əvvəl milli komandanın rəisi vəzifəsində çalışıb. Axundov prezident olduğu 9 il ərzində daim əcnəbilərə güvənib.
Bu müddətdə millinin baş məşqçi postunda cəmi 4 çalışdırıcı - Joze Alesio da Silva, Faustino Peres, Miltinyo və Biro Jade olub. Futzalımızla bağlı ən böyük uğurlar məhz yenidən yığmamıza qayıdacağı deyilən Alesionun adıyıyla bağlıdı. Onun rəhbərliyi altında ilk dəfə qitə çempionatının final mərhələsinə vəsiqə qazanan, hətta Avropa 4-cüsü olan komandamız DÇ-də uğur qazana bilmirdi. Əsas cəbhədə ilki isə Faustino Peres gerçəkləşdirdi. Yığma ilk dəfə ötən il mundiala vəsiqə qazandı. Bununla belə, postundan ayrılan ispaniyalını braziliyalı Miltinyo əvəz edib.
5 ÖLKƏDƏN LEGİONERLƏR
Azərbaycanda çıxış edən legionerlərin təmsil olunduğu ölkələrin coğrafiyası elə də geniş deyil. Əsasən 5 ölkənin - Braziliya, Rusiya, Ukrayna, Gürcüstan və İran “bazar”ına üz tutmuşuq. Bir neçə il əvvəl “Araz” cənubi amerikalılarla çempionluqları sıralayırdısa, 3 mövsüm əvvəl “Fənər” Ukrayna yığmasının üzvləriylə çempionatda ciddi rəqabətə nail oldu. Düzdü, yenə birinciliyi “sambaçı”lardan qurulmuş, çempion olduğu mövsümün sonunda fəaliyyətini dayandıran “Xəzər adaları” qazandı. Ancaq son 10-12 ildə ilk dəfə məhz 2014/15 mövsümündə futzal premyer-liqasında ciddi rəqabətə şahidlik etdik. 2004/05 mövsümündən bu yana “Araz” ilk dəfə çempion ola bilmədi. Bu, son illərin mənzərəsidi. Bir qədər də keçmişi araşdıraq...
ELMAN ƏLƏKBƏROVUN “SİFTƏSİ”
Yazının məşqçilərlə bağlı hissəsində qeyd etdiyimiz kimi, Zaur Axundov Futzal Federasiyasının başına keçdikdən sonra millimizə legioner axını başladığı. Heç şübhəsiz, kütləvi milliləşdirilmə, həmçinin, yığmanın 2007-ci ildən bu yana davamlı olaraq, əcnəbi mütəxəssislərə tapşırılması siyasəti məhz onun adı ilə bağlıdı. Ancaq əcnəbilər ölkəmizə daha əvvəl ayaq açıb.
İlk “qaranquş” kim olub, yığmanın ilk milliləşdirilən oyunçusu kim olub, bu barədə danışacağıq. Bəribaşdan qeyd edək ki, bu ənənənin əsasını təcrübəli mütəxəssis, “Turan AİR”lə uğurlara imza atmış, 2003-2004-cü illərdə millini çalışdırmış Elman Ələkbərov qoyub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində “at oynadan”, üç dəfə (2000/01, 2001/02, 2003/04) ölkə çempionu olan və bir dəfə kuboka (2004) yiyələnən “Turan AİR”in uğurlarında gəlmələrin rolu danılmazdı. Xüsusilə 9-cu çempionatda komandanı “qızıl”a legionerlər daşımışdı. Bir faktı vurğulamaq kifayət edər: 2001/02 mövsümündə çempionatda rəqiblərini 64 dəfə məyus edən “Turan AİR”in 3 legioneri bombardirlər siyahısında yer almışdı.

1998/99 mövsümündə 5 komandalı çempionatda sonuncu olmasına rəğmən, növbəti il 11 iştirakçının mübarizəsində 2-ci yeri tutan “Turan AİR” heç cür “Azərneftyanacaq”ın kölgəsindən qurtula bilmirdi. Hər iki birinciliyi “neftçilər” qazanmışdı. Bu da təsadüfi deyildi: rəqibin heyətində Ağatahir Əzimov, Mahir Eyniyev, laysman kimi tanıdığımız İlham Əliyev kimi sərrast “qol silah”ları vardı. Xüsusilə gərgin mübarizəyə səhnə olan 1999/2000 mövsümündə “vuran ayağ”ın nə demək olduğunu Elman Ələkbərov özü üçün bir daha yəqinləşdirdi. Belə ki, sonda həm “Azərneftyanacaq”, həm də “Turan AİR” 51 xal topladı ki, qalib ən çox qol vuran komanda elan olundu. Birincilərin hesabındakı 193 topdan 126-sı az əvvəl adını çəkdiyimiz “üçlüy”ün ayağına yazılmışdı. Ələkbərov növbəti mövsümdə onlardan birinin - Ağatahirin saqqızını “oğurlayıb” “Turan AİR”ə gətirə bildi. Maraqlıdı ki, 2000/01-də də bu iki komanda şərikli lider oldu. Bu dəfə Ələkbərovun komandası top fərqində üstünlüyü ələ ala bildi. Əzimov həmin mövsümdə 33 dəfə fərqlənsə də, “Azərneftyanacağ”ın “susmaq bilməyən silah”ı Mahir Eyniyevi 59 qolla çempionatın bombardiri olmuşdu.
Bu çempionluğun ardından Elman Ələkbərov komandada köklü dəyişikliyə əl ataraq, legioner gətirməyə qərar verdi. “Qalib heyəti dəyişməzlər” deyimini nəzərə alsaq, komandadakı ciddi dəyişiklik məntiqsiz görünə bilər. Ancaq məhz 2001-ci ildən klublarımızın UEFA kubokunda iştirakına icazə verildi ki, bu missiyanı Elman Ələkbərovun “Turan AİR”i yerinə yetirdi. Təcrübəli mütəxəssis də məhz qitə kuboku üçün komandaya legionerlərin cəlb olunmasını məqsədəuyğun saydı. Təmsilçimiz İtaliyanın paytaxtı Romaya yenilənmiş heyətlə yollandı. Beləliklə, çempionatımıza əcnəbilərin “ayağı açıldı”. 2001-ci ildə “Turan AİR” birdən-birə 7 legioner dəvət etdi ki, gələnlər Rusiyadan idi: Maksim Bodrenko, Sergey Toçilin, Konstantin Duşkeviç, Marat Abyanov, Konstantin Qusev, Roman Sultanov və Andrey Yudin. Bir sözlə, bu 7 futzalçı Azərbaycanda top qovan ilk əcnəbilər olub.
Bir haşiyəyə çıxaq. 1996-1998-ci illərdə Azərbaycan çempionatında top qovmuş Oleq Zemtsov ad-soyadı oxucuları çaşdırmamalıdı. Zemtsov Bakı rusu (Vitali Borisov, Maksim Medvedov nümunəsi) olub və hətta AÇ-99-un seçmə oyunlarında yığmamızın şərəfini də qoruyub. İstedadlı futzalçı sonradan, hərbi xidmətdə olduğu vaxt karyerasını böyük futbolda davam etdirməyə qərar verib, ancaq HHQ-də ciddi zədələ alıb və nəinki futbol, futzalla da vidalaşıb.
“Turan AİR”in ardından AMMK ilə “Viləş” də ölkə xaricindən - yaxın Gürcüstandan legioner gətirib. Ölkəmizi UEFA kubokunda təmsil etmiş AMMK Aleksandr Dzabiradzeni, Masallı təmsilçisi Kaxaber Dzebiaşvilini sıralarına qatıb. Rəqiblərinin onun yoluyla getdiyini görən, eləcə də ruslarla UEFA kubokunda ilkin seçmə mərhələdə mübarizəni dayandırdığı üçün daha güclü “bazar” axtaran “Turan AİR” 2002-də cənubi Amerikadan, konkret, Braziliyadan Başo, Dado, Robo və Pneunu gətirib.
MİLLİMİZİN İLK LEGİONERİ
Futzal yığmamız Azərbaycan pasportu verdiyi əcnəbilərindən ilk dəfə AÇ-2003-də yararlanıb. Buna qədər 2 DÇ və 3 AÇ-də sırf azərbaycanlı futzalçıların xidmətindən istifadə olunub. Seçmə oyunlarına Portuqaliyanın ev sahibliyi etdiyi AÇ-2003-də komandaya Fazil Qarayev başçılıq etsə də, yığmada da “Elman Ələkbərov izi” hiss olunub. Belə ki, 2002-ci ilin payızında “Turan AİR”ə UEFA kubokunda kömək edən 6 legionerdən (Konstantin Qusev, Dado, Başo, Pneu, Sergey Bayenko, Robo) 3-nə milli pasport verilib. Söhbət Qusev, Pneu və Dadodan gedir. Araşdırmamız sayəsində “üçlük”dən ilk olaraq, Dadonun milliləşdirildiyini dəqiqləşdirdik. Elə milli formada ilk dəfə meydana ayaq basan da o olub. Oktyabrda yığmanı Portuqaliyada seçmə oyunlar gözləyirdi ki, qrupdakı rəqiblər meydan sahibləri ilə yanaşı, Belarus və Gürcüstan olub. Buna qədər İspaniyada 24 günlük təlim-məşq toplanışı baş tutub. Qarayev qrupun favoriti olan Portuqaliyanın üslubunda oynayan rəqiblə sınaq matçlarının keçirilməsini lazım bilib. Beləliklə, komandamız İspaniya ilə 2 yoldaşlıq görüşü keçirib. İlk matçda 3:4 uduzan yığmanın qapısını İlqar Abdulov qoruduğundan, Qusevin debütü bir gün sonrakı görüşə təsadüf edib. Dado və Pneu isə ilk oyunun iştirakçısı olublar, ancaq ilk “5-lik”də Dado yer alıb. Beləliklə, yığmamızda ilk debüt edən futbolçu kimi məhz o tarixə düşüb. Azərbaycan pasportu indi də Elman Ələkbərovun seyfində qalan Dado...

AÇ VƏ DÇ-LƏRDƏ OYNAMIŞ “MİLLİ ƏCNƏBİLƏR”
Dado
Pneu
Konstantin Qusev
Andrey Tveryankin
Murad Xaybullayev
Andre Kampos
Sici
Biro Jade
Rene Noronya
Junior
Edegleus
Luis Serjao
Tyaqo Rodriges
Sergey Çuykov
Felipe Ribeyro
Auqusto Sezar
Jadder Dantas
Learsio Buranello
Amadeu Fernandes
Rafael Durval
Eduardo Mello Borges
Conatan Luis
Fineo de Araujo
Tyaqo Teles Martins
Fabio Poletto
Everton Kardoso
Villams do Nasimento
Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Qarabağ”a qarşı namərdlik
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Cavadovdan “Dinamo”ya dəstək
- “Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq
- Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
- Azərbaycan kuboku: 1/4 finalın oyun cədvəli açıqlandı
- “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
- Qurbanlı “Sabah”ın məşqçisinin qeyri-etik jesti barədə: “Hərə öz mədəniyyətini göstərir”
- Füzuli Məmmədov və “Karvan-Yevlax”dan alqışlanası addım
- “Qarabağ”ın yeni transferi: “Keçidimə İmad Faraj dəstək oldu”
- Basketbol millimiz Şimali Makedoniyaya uduzdu
- “Neftçi”dən azarkeşlərə jest: Oyun biletlərinin qiymətində endirim
-
17:51
Güləş yığmamız Bursada toplanışa başlayır
-
17:38
Basketbol millimizin rəqibləri müəyyənləşib
-
16:29
"Milan" 19 yaşlı hücumçu transfer etdi
-
16:12
"Böyük İpək Yolu" turnirinə 10 ölkədən 150-dək boksçu qatılacaq
-
15:47
Qana millisinin baş məşqçisi istefaya göndərildi
-
14:30
"Barselona" Fliklə müqaviləni yeniləyir
-
13:53
Gəncədə keçiriləcək Avropa Kubokunda 11 ölkə iştirak edəcək
-
13:24
Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
-
13:15
Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
-
12:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:31
"Araz-Naxçıvan"ın qapıçısı Kiprdə ehtiyatda qaldı
-
12:08
Almaniya Qananı məğlub etdi VİDEO
-
11:59
Elvin Cəfərquliyev: “C Liqasına qayıdacağımıza inanırıq”
-
11:17
Avropa çempionatı: Minifutbol millimizin oyunlarının vaxtı açıqlanıb
-
10:42
"Zirə"nin legioneri FİFA seriyasının ən yaxşısı seçildi
-
10:23
"Neftçi" qələbə qazanıb
-
10:00
Millimiz penaltilərdə sevindi VİDEO
-
16:00
Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
-
15:45
"Qarabağ"dan daha bir jest: Bu dəfə uşaqlara
-
14:53
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
-
13:38
"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşdi
-
12:16
Lukaku "Napoli"dən gedir
-
11:22
Azərbaycan - Syerra Leone matçı özbək hakimlərə tapşırıldı
-
10:54
"Qarabağ"ın kubok oyununun biletləri satışa çıxır
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
-
09:45
Litva Gürcüstana məğlub oldu
-
21:43
Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
-
21:17
Riad Rəfiyev Harvardın məzunu oldu FOTOLENT
-
21:04
“Qarabağ”dan xanım azarkeşlərə jest
-
17:55
Tofiq Musayev: "Qolum sınsa da, döyüşməyə davam etdim"
-
17:38
II Liqada 4 oyunda 11 qol
-
15:42
Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb
-
14:26
Azərbaycan parataekvondoçuları Türkiyədə 4 medal qazanıblar
-
14:09
"Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var? VİDEO
-
13:50
Toral Bayramov: “Mən rəqibə heç nə etməmişdim”
-
12:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:13
ABŞ - Belçika matçında 7 qol VİDEO
-
10:24
"Qarabağ"ın azarkeşi vəfat edib
-
09:47
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
-
23:59
Rza Cəfərov: “Yağış baxımlı oyun göstərməyimizə mane olurdu”
-
23:37
Güləşçilərimiz Estoniyada 5 medal qazanıblar
-
23:26
“Dinamo” 6 qollu qələbə qazandı
-
18:13
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
-
18:01
"Naxçıvan"a basketbolçuların səhvləri nəticəsində uduzduq"
-
17:44
“Quba” öz meydanında uduzdu
-
14:32
Tofiq Musayev UFC-də ikinci döyüşünə çıxır
-
13:28
Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
-
13:00
Argentina millisindən çətin qələbə VİDEO
-
12:17
Musa Qurbanlı: “Həmişə daha yaxşı oynamaq olar”
31.03.2026
30.03.2026
29.03.2026
28.03.2026
Arxiv
| Aprel 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | ||
| 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||























