26 Noyabr 2026, Cümə axşamı
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib

Basketbol

"Sumqayıt"ın məşqçisi: “Komandamıza güvənirəm”

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov klubun mətbuat xidmətinə müsahibəsində deyib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.

 

- "Sumqayıt" karyeranızda çalışdığınız ilk peşəkar klubdur. Təəssüratlarınız necədir?

- Təəssüratlar çox gözəldir, çünki cavan məşqçi kimi bu səviyyədə çalışmaq dəyərlidir. Bu mənim üçün işdən əlavə, həm də böyük təcrübədir. Mənə belə bir şans yaratdığına görə baş məşqçimiz Uğur Özdemirə çox böyük təşəkkür edirəm. Ondan çox şey öyrənirəm. Uğur hocanı "Xırdalan"da işləyəndən tanıyırdım, onun iş prinsiplərini çox bəyənirdim. Elə alındı ki, peşəkar səviyyədə ilk komandamda da onunla bir yerdə çalışmaq qismətimə düşdü. Ümumiyyətlə, bu yerlərə gəlib çıxmağımda əməyi keçən bütün müəllimlərimə - Tərxan, Fuad və Mehran bəyə - təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu mövsüm mənim üçün böyük təcrübə olacaq.

- Komanda keçirdiyi yeddi oyunda üç qələbə qazanıb. Çıxışı necə dəyərləndirirsiniz?

- Məncə, keçirdiyimiz 7 oyunda layiq olduğumuz performansı göstərə bilməmişik. Kifayət qədər peşəkar və yüksək səviyyəli oyunçularımız olsa da, mövsümə gec başladığımızdan problemlər yaşandı. Sistem bir az gec oturuşdu, oyunçular bir-birini yaxşı tanımadı... İlk oyunlarımızda çox səhvlərə yol verirdik. İnkişaf etmiş liqamızda belə səhvlər bağışlanmazdır. Çempionatda hər oyun böyük əhəmiyyət kəsb edir. İki həftəlik fasilə çox yaxşı oldu ki, biz də indi bundan yararlanıb öz səhvlərimiz üzərində işləyirik. Buna baxmayaraq, get-gedə daha yaxşı komandaya çevrilirik, biz bundan da yaxşı olacağıq. Kollektiv daxilində yüksək əhval-ruhiyyə var!

- Komandanın fiziki durumu haqda nə deyə bilərsiniz? Ən çox hansı periodlarda çətinlik yaşayır?

- Əsasən, problemlərimiz 3-cü və 4-cü periodlarda baş qaldırır. İlk 3-4 oyunda ümumiyyətlə bunun əziyyətini çəkmişik. Matçlara yaxşı başlayırdıq, amma sonradan nəzarət əlimizdən çıxırdı. Bu da dediyim kimi, mövsümə gec başlamağımız və hazırlıqsız olmağımızla əlaqədar idi. Amma indi komanda yaxşı vəziyyətdədir, oyunumuzu mükəmməlləşdirmək üçün hər gün çalışırıq. Son matçlarda yaxşı çıxış etmişik və bundan da yaxşı olacağıq.

- Ənənəvi sual: Hədəflər nədən ibarətdir? Mövsümün sonunda "Sumqayıt"ı harada görürsünüz?

- Birinci növbədə hədəfimiz liqa mərhələsini "ilk 4-lük"də bitirməkdir. Sonra da pley-offda Sumqayıt şəhərini layiqli şəkildə təmsil etmək istəyirik. Mövsümü yüksək yerlərdə başa vurmağı planlaşdırırıq. Hədəflərimiz böyükdür! Hər şey istəkdən asılıdır, məncə, biz bunu bacaracaq gücdəyik. Komandamıza güvənirəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30