26 Noyabr 2026, Cümə axşamı
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Xarici futbol

Çempionlar Liqasında qeyri-adi olay: hakim meydana sərxoş halda çıxdı

Dünən Asiya Çempionlar Liqası-2 turniri çərçivəsində keçirilən “Əl Cəzirə” (BƏƏ) - “Qol Qohar” (İran) oyununda qeyri-adi olay yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, matçın baş hakimi suriyalı Hanna Hattab qəribə davranışları ilə diqqət çəkib.

32-ci dəqiqədə isə futbol tarixinə düşə biləcək hadisə yaşanıb. Belə ki, meydanın mərkəzində “Əl Cəzirə”nin futbolçusu rəqibə qarşı kobud oynayıb. Bu zaman 3-4 dəqiqə düşündükdən sonra referi “Əl Cəzirə”nin qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib. Türkiyəli qolkiperin və komanda yoldaşlarının etirazına baxmayaraq, hakim fikrindən daşınmayıb.

Yekunda məlum olub ki, suriyalı hakim meydana sərxoş halda çıxıb.

“Qol Qohar” tərəfi bildirib ki, sərxoş referi dəyişdirilməsə, ikinci hissədə meydana çıxmayacaqlar. Yekunda Hanna Hattab dördüncü hakimlə əvəzlənib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30