Futzal
Millimiz DÇ yolunda: ilk 3 cəhddə uğursuzluq LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Layihəyə Azərbaycan millisinin Avropa çempionatındakı çıxışları ilə bağlı silsilə statistik yazılarla start vermişdik. Sıra yığmamızın dünya çempionatının seçmə və final mərhəlindəki çıxışlarına çatdı.
8 ÇEMPİONAT, 3 ÇEMPİON
Azərbaycan millisi ötən ilin 10 sentyabr - 2 oktyabr tarixlərində keçirilən dünya çempionatında ilk dəfə iştirak etdi. Kolumbiyada keçirilən mundial tarixə sayca 8-ci dünya çempionatı kimi düşdü.
İlk dəfə mundial 1989-cu ildə keçirilib. Hollandiyada baş tutan yarışın finalında ev sahibləri Braziliyaya 1:4 hesabı ilə uduzublar. Braziliya millisi növbəti 2 dünya çempionatının da qalibi olub. “Sambaçılar” 1992-ci ildə Honk Konqda finalda ABŞ-ı (4:1), 1996-cı ildə isə İspaniyada həlledici qarşılaşmada meydan sahiblərini (6:4) məğlub ediblər.
4 il sonra Qvatemalada İspaniya yığması braziliyalıların hegemonluğuna son qoymağı bacarıb. Mundialın finalında, gərgin görüşdə Cənubi amerikalıları 4:3 hesabı ilə üstələyən İspaniya yığması Braziliyadan sonra dünya çempionu olmağı bacaran ilk milli kimi kimi tarixə düşüb.
2004-cü ildə Çin Taypeyində baş tutan mundialda yenə qalib ispanlar olub. Pirneylilər finalda İtaliyanı 2:1 hesabı ilə məğlub ediblər.
4 il sonra isə Braziliya yığması titulunu geri qaytara bildi. 2008 və 2012-ci ildə keçirlən 2 dünya çempionatında yenidən Braziliya yığması qarşısıalınmaz olub. 2008-ci ildə ev sahibliyi etdiyi dünya çempinatında Cənubi Amerika təmsilçisi penaltilərdə ispanları 4:3 hesabı ilə məğlub edib.
5 il əvvəl Tailandda keçirilən dünya çempionatında da Braziliya və İspaniya finalı baş tutub. Bu dəfə sambaçılar əlavə vaxtda vurduqları qolla 3:2 hesablı qələbə qazanıblar.
Maraqlıdır ki, 8-ci dünya çempionatında bunadək çempion olmağı bacaran 2 komanda - Braziliya və İspaniyanın heç biri yarımfinala belə, yüksələ bilmədi. Baxmayaraq ki, hər iki komanda maksimum nəticə ilə qrup qalibi olmuşdu. Braziliya 1/8 finalda gözlənilmədən İrana uduzdu - 4:4, penaltilərdə 2:3. İspaniya isə 1/4 finalda Rusiya qarşısında aciz qaldı - 2:6. Bu isə yeni dünya çempionunun olması demək idi. Oktyabrın 2-də keçirilən həlledici qarşılaşmada Rusiyanı 5:4 hesabı ilə məğlub edən Argentina tarixə futzal üzrə dünya çempionatının qalibi olmağı bacaran üçüncü komanda kimi düşdü.
XORVATİYADA BAŞ TUTAN DEBÜT
Yuxarıda qeyd etdiyimiz kimi, ilk dəfə dünya çempionatı 1989-cu ildə keçirilib. Həmin vaxt ölkəmiz hələ müstəqillik qazanmadığından yığmamız da dünya çempionatının seçmə mərhələsinə qatılmayıb. Elə 1992 və 1996-cı illərdə də Azərbaycan millisi mundialın seçmə mərhələ oyunlarına qatılmayıb.
İlk dəfə yığmamız DÇ-2000-nin seçmə mərhələsində gücünü sınayıb. Həmin vaxt millimizə Hacıbala Abdullayev başçılıq edirdi. Onun rəhbərliyi altında çıxış edən Azərbaycan yığmasının yer aldığı seçmə mərhələnin görüşləri Xorvatiyada keçirilirdi. Rəqiblərimiz isə meydan sahibləri ilə yanaşı, Çexiya, Yunanıstan və Gürcüstan idi.
2000-ci il fevralın 28-də Azərbaycan yığması tarixi ərzində ilk dəfə dünya çempionatının seçmə mərhələ oyununda meydana çıxdı. Komandamız gürcülərlə üz-üzə gəldi. Gərgin keçən görüşdə qalib aşkarlanmadı - 6:6.
Növbəti gün millimizin rəqibi Yunanıstan idi. Bu dəfə rəqibini açıq-aşkar üstələyən Azərbaycan millisi 8:3 hesablı qələbə qazandı. Bu, yığmamızın dünya çempionatının seçmə mərhələsindəki ilk qalibiyyəti kimi tarixə düşdü.
Lakin növbəti matç Hacıbala Abdullayevin komandası üçün uğurlu alındı. Belə ki, Çexiya ilə görüşdən yığmamız məğlub ayrıldı - 4:8. Bu yenilgidən sonra millimizin növbəti mərhələ şansı xeyli azaldı. Çünki son matçda komandamız meydan sahibləri ilə görüşməliydi.
Gözlənildiyi kimi, xorvatlarla oyun millimiz üçün çətin alındı. Komandamız güclü rəqiblə qarşılaşmada əlindən gələni əsirgəməsə də, məğlubiyyətdən qaçmaq mümkün olmadı. 5:1 hesablı qələbə qazanan Xorvatiya yığması seçmə mərhələnin qalibi oldu. Azərbaycan millisi isə Gürcüstan və Yunanıstanı qabaqlamaqla, qrupda üçüncü yeri tutdu. 4 görüşdə 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə üzləşən millimiz vurduğu 19 qolun qarşısında qapısında 22 qol gördü.
RƏHİMOVLU MİLLİ QƏLƏBƏYƏ HƏSRƏT QALDI
DÇ-2004-ün seçmə mərhələsində millimiz yeni baş məşqçi ilə qatıldı. Bu, daha çox hakim kimi tanınmış Rüstəm Rəhimov idi. Dünya çempionatının 4 il əvvəlki seçmə mərhələsində yığmaya rəhbərlik etmiş Hacıbala Abdullayev AVRO-2001-in seçmə mərhələsində də yığmada çalışdıqdan sonra vəzifəsindən ayrılmışdı. Onu bu postda əvəzləyən Elman Ələkbərovun yığmadakı fəaliyəti isə uzun çəkməmişdi. Belə ki, Ələkbərov AVRO-2003-ün seçmə mərhələsindən sonra millidəki işini başa vurmuşdu.
Tarixindəki ikinci dəfə mundialın seçmə mərhələsinə qatılan millimizi uğura məhz Rüstəm Rəhimov daşımalıydı. Amma irıli gedərək qeyd edək ki, Rəhimovun fəaliyyəti heç də uğurlu alınmadı.
DÇ-2004-ün seçmə mərhələ oyunlarını millimiz Cənubi Kiprdə keçirirdi. Rəqib qismində isə yığmamız meydan sahibləri ilə yanaşı, Polşa ilə mübarizə aparmalıydı. Qrupda cəmi 3 komanda mübarizə aparırdı və növbəti mərhələyə yalnız qrup qalibi qatılacaqdı.
Tsiklin ilk oyununda millimiz Polşa ilə üz-üzə gəldi. 2003-cü il noyabrın 11-də keçirilən görüş Azərbaycan yığması üçün uğursuz alındı. Hakimin final fiti Polşa millisinin 6:1 hesablı qələbəsini rəsmiləşdirdi. Millimiz uduzmaqla yanaşı, həm də dünya çempionatına qatılmaq şansını da böyük ölçüdə əldən vermişdi.
2 gün sonra Azərbaycan yığması meydan sahibləri ilə münasibətlərinə aydınlıq gətirdi. Bu dəfə millimiz ilk matçla müqayisədə daha yaxşı təsir bağışladı. Amma yenə də qələbə qazanmaq mümkün olmadı. Matç 4:4 hesabı ilə tamamlandı. Qrupun son matçında Polşa Cənubi Kipri darmadağın etməklə tsikli birinci pillədə başa vurdu.
2 oyunda cəmi 1 xal toplayan millimiz vurduğu 5 qolun qarşılığında qapısında 10 qol görməklə qrupu ikinci pillədə başa vurdu.
İLK ƏCNƏBİ MƏŞQÇİ VƏ TARİXİ QƏLƏBƏ
AVRO-2007-nin seçmə mərhələsini Azərbaycan millisi məğlubiyyətsiz başa vursa da, 5 xalla komandamız qrup ikincisi oldu. Yığmamızın qitə birinciliyindən kənarda qalması komandanın baş məşqçisi Baba Əsgərovun vəzifəsindən ayrılması ilə nəticələndi. Onu baş məşqçi vəzifəsində Andrey Yudin əvəzlədi. Yudin Azərbaycan millisinin tarixinə ilk əcnəbi baş məşqçi kimi düşdü.
DÇ-2008-in seçmə mərhələ oyunlarını Azərbaycan millisi Çexiyada keçirirdi. Rəqib isə meydan sahibləri, eləcə də Finlandiya və Ermənistan milliləri idi.
İlk matçda yığmamız düşmən Ermənistanla üz-üzə gəlirdi. Yudinin baş məşqçi kimi rəsmi debütu məhz bu oyuna təsadüf edirdi.
2008-ci ilin 28 fevralına təsadüf edən Azərbaycan - Ermənistan matçı Çexiyanın Çrudim şəhərində keçirilirdi. Görüşə yüksək əhval-ruhiyyədə çıxan millimiz ermənilən daşını daş üstünə qoymadı. Matç komandamızın 9:1 hesablı qələbəsi ilə başa çatdı (Növbəti yazılarımızın birində bu qarşılaşma barədə daha geniş söhbət açacağıq - red.).
Möhtəşəm qələbənin sabahısı günü Azərbaycan yığması Finlandiya ilə üz-üzə gəldi. Yudinin komandası skandinaviyalılarla matçı da qələbə ilə başa vurdu. Bu dəfə komandamız 4:2 hesablı qələbəyə sevindi. 2 turdan sonra Azərbaycan millisi maksimum nəticə göstərmişdi. Son tur öncəsi Çexiya yığması da 2 oyundan 6 xal toplamışdı və çexlərlə görüş həlledici əhəmiyyət daşıyırdı. Qələbə qazanacaq tərəf həm qrup qalibi olacaqdı, həm də dünya çempionatına vəsiqə qazanacaqdı.
Martın 2-də keçirilən qarşılaşma millimiz üçün uğursuz alındı. 2:3 hesabı ilə uduzan Azərbaycan yığması növbəti dəfə mundialdan kənarda qaldı. Seçmə mərhələyə ev sahibliyi edən çexlər 9 xalla qrup birincisi, Azərbaycan yığması 6 xalla ikincisi, Finlandiya isə 3 xalla üçüncüsü oldu. Ermənistan isə xala həsrət qalmaqla qrupu sonuncu yerə başa vurdu.
Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- Abubakar “Bursaspor”a keçir?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
-
20:07
Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
-
19:49
"Qarabağ" yeni transfer edir? VİDEO
-
18:54
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
-
18:35
I Liqanın 4 klubu cərimələndi
-
18:12
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
-
18:00
Karateçilərimiz Moldovada keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar
-
17:41
"İmişli"də yeni müqavilə
-
17:26
Son üç mövsümün 10 bombardiri
-
16:58
Mehdiabadda yeni cüdo zalı fəaliyyətə başlayıb
-
16:37
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
16:13
Kamandan oxatma millimiz Avropa çempionatında 1/8 finala yüksəlib
-
15:49
Taekvondo Federasiyasının rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər
-
15:24
Yeniyetmə cüdoçularımız Xabarovskda toplanışında iştirak ediblər
-
15:00
DÇ-2026: İsveçrə millisinin də heyəti açıqlandı
-
14:35
Milli Paralimpiya Komitəsində medal qazanan idmançılarla görüş
-
14:12
Avropa çempionatında Azərbaycanı 12 şahmatçı təmsil edəcək
-
13:51
İngiltərədə mövsümün ən yaxşı futbolçusu kimdir?
-
12:43
Cenklə Avropa “cənginə”
-
12:26
Stolüstü tennisçilərimiz Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
-
12:07
Cüdo milliniz Polşada təlim-məşq toplanışında iştirak edib
-
11:18
Azərbaycan yığmasında kapitan o olacaq
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
Güləşçilərimiz Bolqarıstanda Avropa çempionatında yarışacaqlar
-
10:24
AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
-
10:02
"Mançesgter Siti" xal itirdi, "Arsenal" çempion oldu VİDEO
-
09:45
Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
-
23:13
“Qarabağ”ın çəkisi çox ağırdır”
-
23:04
Tahir Gözel: "Uzaqgörən transfer siyasətinə üstünlük verdik"
-
18:45
Ronaldo DÇ-2026-ya gedir
-
18:27
“Yaxın illərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”
-
17:51
Avstriya millisi mundiala bu heyətlə yollanır
-
17:18
“Sumqayıt” - “Qarabağ” oyunun biletləri satışda
-
17:00
Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
-
16:36
DÇ-2026: Şotlandiya millisinin heyəti açıqlandı
-
15:43
Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb
-
15:29
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
-
15:14
FİFA referiləri I Liqa oyunlarında
-
14:52
Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb
-
14:05
Çingiz Hüseynzadə: “İdmanın gözəlliyi onun ədalətindədir”
-
13:37
"Sabah"da serbiyalı baş məşqçi
-
12:28
MOK-un Ədalətli Oyunlar Komissiyası ötən il fərqlənən idman adamlarını mükafatlandırıb
-
12:00
“Şamaxı”nın bombardirinə xaricdən təkliflər var
-
11:41
Azərbaycan Premyer Liqasında bu mövsümün ən gənc futbolçusu kimdir? VİDEO
-
11:16
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq turnirə qatılıblar
-
10:53
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:24
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı VİDEO
-
10:02
Ançelotti Braziliya millisinin DÇ-2026 üçün yekun heyətini açıqladı
-
09:45
“Quba” - “Dinamo” matçında 4 qol VİDEO
-
23:28
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
20.05.2026
19.05.2026
18.05.2026























