Futzal
48 yaşlı futzalımız və ya futbolçu futzalçılar - LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Budəfəki yazıda futzalın Azərbaycanda yaranma tarixindən söhbət açacağıq. Eləcə də həm futzal, həm də böyük futbolda özünü sınamış oyunçulardan bəhs edəcəyik.
FUTZAL AZƏRBAYCANDA YARANIB!
“Futzal Azərbaycanda yaranıb” - bu deyim əbəs yerə deyilməyib. Çünki vaxtilə SSRİ Futbol Federasiyasında mini-futbol haqqında, bu idman növünün qaydalarının hazırlanması və yarış təşkil olunması barədə müzakirələrdə səslənən bir fikir də bunu deməyə əsas verir:
“Bu, velosipedi yenidən ixtira etməyə bənzəyir. Bakıya gedin, orada mini-futbol üzrə turnir keçirilir. Həmin yarışların müəyyən olunmuş qaydaları var, oyunu necə keçirmək lazım olduğunu da Bakıda yaxşı bilirlər”.
BƏS BRAZİLİYA?
Amma bu yerdə bir haşiyəyə çıxmaq lazımdır. Belə ki, əslində, futzalın yaranma tarixi daha əvvələ gedib çıxır. İlk dəfə braziliyalılar futbolun kiçik oyun qaydalarını icad ediblər. 1958-ci ildə İsveçdə keçirilən futbol üzrə dünya çempionatı zamanı Braziliya yığmasının zalda məşqi Avstriya yığmasının rəhbəri Yozef Arqauerin o qədər xoşuna gəlib ki, mundialdan sonra ölkəsində ilk futzal turnirini təşkil edib. Ardınca bu idman növü Avropanın digər ölkələrinə ayaq açıb. Futzal üzrə ilk çempionat 1968-ci ildə Hollandiyada təşkil edilib. İlk dünya çempionatı da elə 1986-cı ildə məhz Hollandiyada keçirilib.
SSRİ-də İLK DƏFƏ BAKIDA
Keçmiş SSRİ-də mini-futbol üzrə ilk turnir məhz Bakıda təşkil olunub. Turnirin təşkilatçıları isə məşhur idman icmalçısı Oqtay Atayev və Ələkbər Məmmədov olub. 1969-cu il yanvarın 20-də açılışı baş tutan turnirin oyunları o vaxt “İnturist” adlanan mehmanxananın yaxınlığındakı sarayda keçirilib. Hansı ki, 5 il sonra həmin məkanda hazırda “Əl oyunları sarayı” kimi tanınan zal inşa olunub.
İlk turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb. “Neftçi” yarışda iki komandayla təmsil olunub. Veteranlardan ibarət kollektivdə turnirin təşkilatçılarından biri, o vaxt 39 yaşı olan Ələkbər Məmmədov çıxış edib.
Ustalardan ibarət iki komandada isə sırf peşəkarlar - Anatoli Banişevski, Eduard Markarov, Rafiq Mirzəyev, Vitali Şevçenko, Yaşar Babayev, Ruslan Abdullayev, Rafiq Quliyev, Usbat Rəşidov, Nadir Eynullayev və başqaları yer alıb.
Buna baxmayaraq, “ustalar” turniri 2-ci, “veteranlar” isə 3-cü sırada bitirib. Qalib adını isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunun komandası qazanıb. Hansı ki, qalib komandanın şərəfini Akif Fəttahov, Azad Feyzullayev, Məlik Həsənov, Anatoli Pivnenko, Nikolay Kojevnikov, Ağasi Quliyev, Yusif Ağalarov, İsmayıl Məmmədov və başqaları qoruyub.
Yarış böyük marağa səbəb olduğundan təşkilatçılar növbəti il də, ümumiyyətlə 1973-cü ilə qədər turniri mütəmadi keçiriblər. 1970-ci ildəki turnirə 34 komanda qatılıb. Bu dəfə Sumqayıtın “Polad” komandası hamıdan güclü olub. “Gənclik şəhəri” təmsilçisinin heyətində Yuri Darvin, Rafiq Bağırov, Hafiz Namazov, Tofiq Abbasov, Məmməd Məmmədov, Valeri Stupin, Nadir Qasımov və Vladimir Manaşirov top qovub. 2-ci yeri Xırdalanın “Abşeron”, 3-ü isə paytaxtın OİK komandası tutub.
Artıq kütləviliyə nail olunduğundan 3-cü turnirin formatını dəyişmək lazım gəlib. Belə ki, iştirakçı sayı 154-ə çatdığından, təşkilatçılar yarışları iki mərhələ keçirməyi qərara alıb. İlk mərhələ yerlərdə təşkil olunub. Əsas mübarizə “Neftçi” və OİK arasında gedib ki, final görüşü “hərbçilər”in qələbəsiylə başa çatıb. Bürünc mükafata isə “Sprint” komandası sahib çıxıb. 1972-ci ildə 202 komandanın iştirak etdiyi birinciliyin final mərhələsinə 20 vəsiqə qazanıb ki, sonda bir il əvvəlki final təkrarlanıb. Bu dəfə veteranlar penalti seriyalarında ordu təmsilçisini üstələyərək, qalib adını qazanıb. Üçüncü yer uğrunda yarışda isə Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) tələbələri qalib gəlib.
1973-cü ildəki turnir isə yarımçıq qalıb. Yanvarda startı verilən turnirə 100-dən çox komanda qatılıb və finala vəsiqə qazanan “20-lik” də müəyyənləşib. Ancaq həmin ildə idman sarayı yenidən qurulduğu üçün yarışı başa çatdırmaq mümkün olmayıb. Beləliklə, futzal üzrə 5 illik turnir ənənəsi yarımçıq qalıb.
BÖYÜK PROBLEM - FUTZAL MƏKTƏBİNİN YOXLUĞU
Hələ ötən əsrin 70-ci illərində Azərbaycanda mini-futbol komandalarının varlığına, yarışların keçirilməsinə, bir sözlə, ölkəmizdə ənənəvi idman növü sayılmasına baxmayaraq, əslində, mövcud durum reallığı tam əks etdirmir.
Bugünə qədər nə paytaxtda, nə də bölgələrdə bir dənə belə olsun, futzal məktəbi yoxdur. “Araz”a, “Neftçi”yə, “Ekol”a, o cümlədən digərlərinə klub da demək olmur, hər biri komandadı.
Klubun özünün ayrıca bazası, arenası, uşaq komandaları, futzal məktəbi olar. Halbuki, Qazaxıstandan tutmuş Rusiya, uzaq Portuqaliya, İspaniya, İtaliya və digər ölkələrə həsəd aparmamaq olmur. Ümumiyyətlə, istər əvvəlki dövrdə, istərsə də indi futzalçıların hamısı futboldan gəlir.
Böyük futbolda özünə karyera qura bilməyənlər, sonradan meylini futzala salanlar bura üz tutur. Təbii ki, istisnalar da var. İstisna deyəndə həm futbolçu, həm də futzalçı kimi bacarığıyla seçilən oyunçular da olub.
ÜÇ CƏBHƏDƏ VURUŞANLAR
Elələri var ki, nəinki iki, hətta üç cəbhədə mübarizə aparıblar. Şübhəsiz ilk növbədə Zeynal Zeynalovun adını çəkməliyik. O, futbol, futzal və çimərlik yığmalarımızda çıxış edib. Berti Foqts onu israrla əsas komandaya cəlb edirdi. Zeynalın futzal karyerası o qədər də parlaq alınmayıb. Dövrünün oyunçuları ilə müqayisə etsək, o, Rizvan Fərzəliyev, Vitali Borisov kimi liderlik xüsusiyyətlərinə sahib deyil. Bununla belə, yığmada xeyli sayda oyun keçirib. O, hazırda klub karyerasını davam etdirir. Daha doğrusu, “Neftçi”də top qovan Zeynalov karyerasını rəsmən başa vurduğunu açıqlamayıb. Hərçənd, bunun baş verəcəyini gözləmək olar. Çünki Zeynal artıq çimərlik yığmasının baş məşqçisidir. O, uzun müddət şərəfini qoruduğu çimərlik komandamızın sükanı arxasına ayyarım əvvəl təyinat alıb. Zeynal kimi, həm futbol, həm futzal, həm də çimərlikdə oynayanlardan Hikmət Bağırovun da adını çəkə bilərik. Böyük futbola “Xəzər Universiteti”ndən başlayan, “Gənclərbirliyi”nə icarəyə verildikdən sonra ulduzu sönən Hikmət sonradan futzalı seçdi, paralel olaraq, çimərlik futbolu da oynamağa başladı. O, futzal üzrə 11-ci Azərbaycan çempionatının, başqa sözlə, 2003/04 mövsümünün ən məhsuldar oyunçusu olub. Hikmət “Gömrükçü”nün heyətində 37 qol vuraraq, çempionatın bombardiri adını qazanıb. Bugünə kimi isə çimərlik yığmasının şərəfini qoruyur, hətta kapitandı.
HƏM FUTZALÇI, HƏM FUTBOLÇU KİMİ UĞUR QAZANANLAR
Bu qəbildən olan oyunçulardan bir neçəsinin - Yunis Hüseynov, Ceyhun Sultanov, Camal Məmmədov və başqalarının adını çəkə bilərik. Ancaq hər iki cəbhədə adından daha çox söz etdirən Zaur Ramazanov olub. Futbolsuzluq illərində - 1999-cu ildən 2003-ə kimi futzal oynayan Zaur 7-ci Azərbaycan çempionatında 33 qolla bombardirlər yarışında 3-cü olub. Növbəti mövsümdə də “Anqlo Oyl”un heyətində çıxış edən, ancaq bu dəfə nisbətən az - 15 dəfə fərqlənən Ramazanov nəhayət, istəyini “Tribut”da gerçəkləşdirib. O, 10-cu Azərbaycan çempionatında (2002/03) 27 qol vuraraq, hamını qabaqlayıb və bombardir tituluna yiyələnib. Məlum olduğu kimi, Zaur Ramazanov futbolçu kimi iki dəfə premyer-liqanın ən məhsuldar oyunçusu olub. O, futzal çempionatında bu baxımdan fərqləndikdən qısa müddət sonra - 2004/05 mövsümündə “Karvan”da (21 qol), 2006/07-də isə “Xəzər Lənkəran”da (20 qol) bombardirliyə yiyələnməklə, unikal göstəriciyə sahib olub.
FUTBOLÇU KİMİ DAHA ÇOX TANINANLAR
Vaqif Sadıqov, Yaşar Vahabzadə, Əfqan Talıbov, Mirbağır İsayev adını eşidəndə ağlınıza ilk növbədə nə gəlir? Hazırda məşqçilik fəaliyyətiylə məşğul olan bu mütəxəssislər veteran futbolçulardı. Eyni zamanda onlar futzalla da məşğul olub. Sadıqov, Vahabzadə, o cümlədən, Şahin Şahhüseyni, Etibar Tarıverdiyev, Elxan Rəsulov və nisbətən az tanınan daha bir neçə mütəxəssis 1993-cü ildə baş tutan ilk çempionatın iştirakçısı olublar. O cümlədən, Bəxtiyar Musayev, Emin Salmanov, Paşa Əliyev, gənc nəsildən Rinat Sultanov, Tofiq Mikayılov, Orxan Səfiyaroğlu futbolçu kimi daha çox tanınırlar.
BAŞQA SAHƏNİN ADAMLARI
Bu gün hakim, klub yetkilisi olan bəzi mütəxəssislər də vaxtilə futzal oynayıblar. Həm də samballı futzalçı olublar. Keçmiş SSRİ yığmasına bir əlin barmağına sığacaq qədər futzalçı dəvət olunub ki, Asim Xudiyev, Ağarza Rzayev və Rafiq Əlizadədən yalnız sonuncu komandada möhkəmlənə bilib. Beləliklə, “Neftçi”nin veteran oyunçusu karyerasının sonlarında olsa belə, futzal yığmasında forma geyə və 1991-ci ilin aprelində Macarıstana (6:2) və İtaliyaya (5:4) qarşı oyunların iştirakçısı olub. Bununla da həmyerlimizin Moskva həyatı başlayıb. Əlizadə bugünə qədər də paytaxtın köklü klubunun - Rusiyanın ilk və ən çox çempion (onqat qalib) olmuş komandası “Dina”nın vitse-prezidentidi. Yeri gəlmişkən, bu klubun yaranma tarixçəsi məhz Azərbaycanla bağlıdı. Klubun prezidenti Sergey Kozlov biznesmendi və 1991-ci ildə təşkil olunan SSRİ çempionatının sponsoru olub. O, “Neftçi”nin ifasındakı oyundan ilhamlanaraq, yeni klub yaratmaq qərarına gəlib. Daha doğrusu, bu ideyanı ona həmyerlimiz Rafiq Əlizadə verib. İş adamı yeni yaratdığı kluba ömür-gün yoldaşının adını verib. Əlizadə isə 2009-cu ildən “Dina”da məsul vəzifə tutmaqda davam edir...
Futbol hakimi kimi tanıdığımız, hətta FİFA dərəcəsinə yüksələn və bu gün də premyer-liqada fit çalan Fariz Yusifov da futzalçı olub. “İnşaatçı”da top qovan Yusifov məhsuldar oyunçulardan olub. O, 1999/2000 mövsümündə 15 qol vuraraq, çempionatı sonuncu pillədə başa vuran komandasının bombardiri kimi seçilib. Həmin mövsüm kubokda da 8 dəfə fərqlənən ədalət təmsilçisi növbəti futzal ilində nəticəsini təkrarlayıb - 23 qol. Maraqlıdı ki, o, yenə çempionatda 15, kubokda 8 dəfə fərqlənib.
İlham Əliyev də hakimliyə futzaldan gəlib. O, 1996/97 mövsümündə “Star LTD”-nin uğurları üçün tər töküb və həmin mövsümdə 9 qol vurub. Sabiq laysman hətta yığmanın şərəfini də qoruyub. O, AÇ-99-da iştirak edən millimizin heyətində yer alıb və Belçikada təşkil olunan seçmə oyunlarda meydan sahibləriylə (4:4) və Latviyayla (0:0) qarşılaşmaların iştirakçısı olub.
Artıq tarixin yaddaşına köçən AZAL-ın vitse-prezidenti olmuş Fikrət Hüseynov da peşəkar futzalçı idi. “Neftçi”nin veteranlarından olan Fikrət bəy ilk futzal çempionatının iştirakçılarından olub. O, 1994/95 mövsümündə 9 qol vurmağı bacarıb. Sabiq AZAL rəsmisi 1995-ci ildə formalaşan və debütü həmin ilin oktyabrın 23-nə təsadüf edən millimizin heyətində yer alan futzalçılardan olub. Hollandiyada təşkil olunan AÇ-nin seçmə oyunlarında iştirak edən Fikrət bəy Xorvatiya və Çexiyanın qapısına yol tapmağı da bacarıb.
İKİ CƏBHƏDƏ ÇEMPİON OLANLAR
Zaur Ramazanovun 2002/03 mövsümündə futzal çempionatının bombardiri olduğunu vurğuladıq ki, o, həmin il təkcə fərdi planda yox, komandasıyla da uğura yiyələnib. Belə ki, Ramazanov “Tribut”la çempionluğu bayram edib.
Məşqçi kimi də hər iki cəbhədə titul qazanan mütəxəssis var. Bu, Böyükağa Hacıyevdi. 2006/07 mövsümündə “Bakı” ilə premyer-liqanın qalibi olan təcrübəli mütəxəssis paytaxt təmsilçisindən ayrıldıqdan sonra bir müddət işsiz qaldı ki, o vaxt “Araz”ın prezidenti olan Futzal Federasiyasının başçısı Zaur Axundovun dəvətiylə Naxçıvan təmsilçisinə keçdi. 2008-ci ildə “Araz”ın növbəti çempionluğunda pay sahibi olan Hacıyev hətta UEFA Kubokunda da iştirak etdi. Təcrübəli mütəxəssis 2011/12 və 2012/13 mövsümündə “Neftçi”ylə də premyer-liqanın qalibi olduğunu əlavə edək.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
14:52
"Kəpəz"in futbolçusu əməliyyat olundu
-
13:28
İlham Yadullayev: "Millimizin futbolçuları rəqiblərdən geri qalmırdılar"
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu
-
21:39
"Neftçi"nin futbolçusu millidə dubl etdi
-
19:12
“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək VİDEO
-
18:53
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
-
18:27
Basketbol millimiz İrlandiyaya yola düşüb
-
18:08
"Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
-
17:45
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
-
17:30
Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
-
17:16
U-19 da qrup sonuncusu oldu
-
16:59
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
16:21
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması
-
16:03
U-17 millimizdən heç-heçə