28 Sentyabr 2026, Bazar ertəsi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

“Karvan-Yevlax”ın yeni baş məşqçisi o olacaq

“Karvan-Yevlax”da baş məşqçi dəyişikliyi olacaq.

Futbolxeber.az saytının məlumatına görə, klub rəhbərliyi hazırkı baş məşqçi Azər Həşimovla vidalaşmaq qərarına gəlib. Komandanın uğursuz çıxışı rəhbərliyin səbir kasasını daşırıb. Qərarın tezliklə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, ilk dövrədən sonra hesabında 5 xal olan Yevlax klubu turnir cədvəlində yalnız “Kəpəz”i qabaqlayır. “Karvan-Yevlax” son 5 turda xala həsrətdir. Ümumilikdə isə komanda son 9 turda yalnız bir dəfə xal qazana bilib, 8 matçda uduzub.

“Karvan-Yevlax”ın yeni baş məşqçisinin adı da böyük ölçüdə məlumdur. Komanda tezliklə Füzuli Məmmədova tapşırılacaq. Təcrübəli mütəxəssislə klub rəhbərliyi arasında aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir. Həşimovun istefasının ardınca Füzuli Məmmədovla rəsmi müqavilə imzalanacağı gözlənilir.

“Rəvan”, “Zirə”, “İnter”, “Səbail” və “Neftçi” kimi klublarda çalışmış 48 yaşlı mütəxəssisin son iş yeri “Mingəçevir” olub. Ötən mövsümün ortasında bu komandanı sonuncu yerdə qəbul edən F.Məmmədov yekunda “Mingəçevir”i dördüncü pilləyə yüksəltsə də, klubdan ayrılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30