Ölkə futbolu
Qurban Qurbanov: “Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar”
Azərbaycan Premyer Liqasında 11-ci turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Başda cənab Prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik".
- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burada vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?
- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.
- "Qarabağ" oyunu üstün apardı. "Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?
- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar.
- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?
- Burada sizləri görmək xoşdur. Biz ancaq sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a baxır. Buradan qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədir, eyni qaydada da bizim də onlarla.
- "Qarabağ" bu uğurları daha çox nəyə borcludur?
- "Qarabağ" adı Azərbaycan üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burada ciddi, məsuliyyətli olmaq hər birimizin borcludur. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odur ki, işlərimizdə ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdur. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki, bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdır. Futbolçulara birinci bunu tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdir. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özüm, sonra kim varsa, onlar - məsuliyyətli olmaqdan başqa haqqımız yoxdur. Bunu komandaya bildiririk.
- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəinki avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdır, yoxsa "Neftçi" üzərində qələbə?
- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyirlər. Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq (gülür).
- Millinin oyunlarından nə gözləyirsiniz?
- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, futbolçularımızdır. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər.
- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orada adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsınız?
- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik. Hörmətlə yanaşmışıq.
- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt gedir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdır. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?
- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işimi qurmaq barədə, uğur əldə etmək haqda fikrim olmayıb. Hər zaman qarşıdakı rəqibə fikrimi yönləndirmişəm. "Neftçi", "Zirə", "Sabah", "Qəbələ" olsun, hamımız dost komandayıq. Ən çox biz bir-birimizi görürük. Hansısa fikrə reaksiya verməyim düzgün olmaz. Hər insanın öz uğur yolu var, iş prinsipləri var. Mənim prinsiplərim elədir ki, yazılara, fikirlərə çox da vaxt ayırmıram. Hamısı özümüzünkülərdir. Hər deyilən fikrə də hörmətlə yanaşırıq.
- İlk dövrənin son oyunu idi. Uzun müddətdən sonra Premyer Liqada 12 komanda iştirak edir, legioner limiti götürülüb. Ötən mövsümlə bu mövsümü müqayisə etsəniz, fərq var?
- Var. Mübarizə daha da çoxalıb. Əgər şərait daha yaxşı olsaydı... Bütün stadionlar daha yaxşı olsaydı, azarkeş sayı, matçların keçirilmə vaxtı daha yaxşı olsaydı, fərqli ola bilərdi.
- Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudur?
- Hazırda belə demək olar. Amma onun sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis alınmadı. Axtarmaqda işimizə davam edirik. Bizim tələbimizə görə, Duranın faydalı iş əmsalı, çox yuxarıdır. Çox razıyam.
- Samir Abasov bildirdi ki, bu cür derbilərdə belə ucuz penaltilər verilmir. Sizin bu haqda fikriniz necədir?
- Düzünü desəm, heç baxmamışam epizoda. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
07.10.2026
06.10.2026
05.10.2026
























