Ölkə futbolu
“Neftçi” niyə uduzdu? - QEYD
Sonuncu dəfə Azərbaycan çempionatının hansısa oyununa azarkeşlərin bilet axtardığını xatırlamıram. Reallıq budur ki, Premyer Liqamızın əksər matçları boş tribunalar önündə oynanılır. Lakin budəfəki “Qarabağ” - “Neftçi” görüşü üçün satışa çıxan təxminən 5 minə yaxın bilet qısa müddətdə satılmışdı. Bilet tapa bilməyənlər isə hansısa klubda çalışan dostuna, yaxud jurnalist tanışına ağız açmalı olurdu.
Oyun öncəsi stadionun qarşısındakı izdiham da anşlaqdan xəbər verirdi. Çempionatın təşkilatçısı Peşəkar Futbol Liqası da sağ olsun, matça rəng qatmaq üçün üzərinə düşəni etmişdi. İstər komandaların meydana şəhid övladları ilə çıxması, istər 42-ci dəqiqədə səslənən “Xudayar təsnifi”... Bir sözlə, hər şey möhtəşəm idi. Matçın ən qürurverci anı isə 90 dəqiqə boyunca komandalarına möhtəşəm dəstək verən “Neftçi” və “Qarabağ” fanatlarının “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını bir yerdə, bir ağızdan səsləndirməsi idi. Hər bir azərbaycanlının qürur duyduğu mənzərə idi...
Təəssüf ki, meydandakı mübarizə tribunalardakı qədər möhtəşəm deyildi. Düzdür, komandalar elə də passiv, sönük görünmürdülər. Sadəcə qarşılaşma ərzində real qol epizodları azarkeşin istədiyi qədər deyildi.
“Qarabağ”ın start heyəti göstərdi ki, Qurban Qurbanov əzəli rəqiblə matça ciddi yanaşır. Adətən avrokubok matçlarından sonra Qurbanov əksər aparıcı futbolçulara əsas heyətdə şans vermir. Bu dəfə isə 1-2 nəfər istisna olmaqla, “Qarabağ” demək olar ki, meydana ideal “11-lik”lə çıxmışdı. Bunun bir səbəbi rəqibin “Neftçi” olması idisə, digər səbəb də çempionatda yaranacaq fasilə idi.
Ümumilikdə Ağdam klubu matç boyu rəqibindən üstün görünsə də, qarşılaşmadakı hər iki qol “Neftçi”nin səhvindən sonra vuruldu. Əvvəlcə Freddi Varqas, heç bir ehtiyac olmadığı halda rəqibin cərimə meydançasında kobudluğa əl atdı. O ayrı məsələdir ki, buna bənzər epizodlarda “Turan Tovuz” və “Zirə” ilə matçlarda “Neftçi”nin lehinə penalti verilməmişdi. Daha sonra isə əvvəlcə İqor Ribeyro, ardınca Elvin Bədəlovun səhvi Kevin Duranın “Neftçi”nin qapısına yol tapması ilə nəticələndi. Bir hücum zamanı komandanın iki mərkəz müdafiəçisi də səhvə yol verirsə, qol qaçılmazdır.
İqordan söz düşmüşkən, haşiyə çıxaraq deyim ki, braziliyalı müdafiəçi yeni klubunda “Araz-Naxçıvan”dakı ideal formasından uzaqdır. Görünür, “Neftçi”dən aldığı pullar braziliyalının başını dolandırıb. Hər oyuna özü üçün xüsusi fotoqraf dəvət etməsi öz işidir, amma yaxşı olar ki, fotolardakı kimi, meydanda da yaxşı görünməyə çalışsın. Yoxsa ki, oyundan əvvəl və sonra yerə diz çöküb dua etməklə iş bitmir. Futbol oynamaq lazımdır, İqor, futbol.
Uzun sözün qısası, “Neftçi” Azərbaycan derbisində ümidləri doğrultmadı. Bəli, “ağ-qaralar” son illərdəki kimi əzəli rəqibi qarşısında aciz görünmürdü, lakin “Neftçi” yaxşı oynadı” demək də düz deyil. 90 dəqiqə ərzində 2-3 təhlükəli hücum, yaxud rəqib qapıçını matç zamanı cəmi bir dəfə real şəkildə narahat etmək gözəl oyun deyil, dostlar...
O ki qaldı Samir Abbasovun matçdan sonra ən çox müzakirə olunan “Bu qədər adamın oyuna gəlməsinin səbəbi "Qarabağ" yox, “Neftçi”dir” fikrinə, 47 yaşlı mütəxəssis tam haqlıdır. Dünən Ağdam klubunun rəqibi “Neftçi” yox, Premyer Liqadakı digər 10 klubun istəniləni olsaydı, “Azərsun Arena” heç yarıyacan dolmazdı. Bunun “Çelsi” ilə oyundakı nəticə ilə heç bir əlaqəsi yoxdur. Elə olsaydı, “Benfika”, yaxud “Kopenhagen”lə görüşdən sonra “Azərsun Arena” dolardı.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
26.09.2026
25.09.2026
24.09.2026
























