12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Xarici futbol

Emreli 9 turdan sonra qayıtdı və yenidən sıradan çıxdı

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Herta”nı qəbul edib.

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli 63-cü dəqiqədə Daniel Hanslikin əvəzinə meydana çıxıb. Bununla da millimizin hücumçusu 9 turdan sonra forma şansı qazanıb. Emreli sonuncu dəfə 3-cü turda “Elversberq”lə matçda meydana çıxmışdı. Lakin Mahirin qayıdışı uğurlu alınmayıb. O, zədələndiyi üçün 77-ci dəqiqədə Riçmond Taçie ilə əvəzlənib.

Matç “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda hazırda 20 xalla turnir cədvəlində yeddincidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31