15 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

Çempionlar Liqasında həftənin oyunçusu o seçildi

“Liverpul”un hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu seçilib.

Futbolxeber.az-ın məlumatına görə, fransalı futbolçu UEFA-nın saytında keçirilən səsvermədə rəqiblərini qabaqlayaraq qalib olub.

Barkola 2-ci turda Avstriyanın LASK komandası ilə matçda het-trik edib. O, görüşün 73-cü dəqiqəsində əvəzlənib. “Liverpul” qarşılaşmadan 6:3 hesablı qələbə ilə ayrılıb.

Səsvermədə ikinci yeri “Brügge”nin hücumçusu Nikolo Tresoldi tutub. O, “İnter”lə 4:3 hesabı ilə başa çatan matçda het-trik edib.

Üçüncü yerdə “Bavariya”nın hücumçusu Harri Keyn, dördüncü pillədə isə “Barselona”nın futbolçusu Lamin Yamal qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31