15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi

“Neftçi” azarkeşlərinə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Premyer Liqasının 8-ci turunun oktyabrın 17-də saat 19.00-da başlanacaq “Qarabağ” - “Neftçi” qarşılaşmasını tribunadan izləmək istəyən “Neftçi” azarkeşləri üçün Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorları ayrılıb.

25, 26, 27 və 28-ci sektorlar “Forza Neftçi” Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub. Oyunu “Forza Neftçi” ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün 17.00-dan 21.00-a, oktyabrın 16-da 12.00-dan 21.00-a, oyun günü isə 12.00-dan 16.00-a qədər “Palms Sports Arena”da yerləşən kassalara yaxınlaşa bilərlər.

21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək”.

Xatırladaq ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” görüşü 19:00-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31