3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA və PFF arasında  əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin təşkili, hakim kadrlarının hazırlanması, həmçinin birgə təlim-məşq toplanışlarının keçirilməsi imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30