13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”

“Biz ilk hissəni bizə necə lazımdırsa, o cür də oynayırıq. Lakin komanda 2:0 öndə olarkən, sonradan hesab bərabərləşirsə, bu, yaxşı deyil. Bu hal yenidən təkrarlanır. Ona görə futbolçulara da demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının beşinci turunda Yevlaxda “İmişli”ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Qələbə baxmayaraq, ukraynalı mütəxəssis komandasından narazılıq edib: “Başa düşürəm qazon sünidir. Lakin eyni meydanda rəqib də oynayır. Bu, bizə haqq vermir ki, meydanı səbəb kimi göstərək. Bu barədə danışacağıq. Belə səhvləri təkrarlamağa haqqımız yoxdur. Çox yersiz iki qol buraxdıq. Biz bunları etməməliyik”.

O, fasiləyə yollanarkən matçın baş hakimi ilə aralarındakı dialoq barədə bunları söyləyib: “Hakimə narazı olduğum məqamla bağlı heç nə demədim. Bu, 100 faizdir”.

Vernidub komandasının üçüncü qolu, Klismanın fantastik zərbəsini belə şərh edib: “Bundan da yaxşı qollar görmüşəm. Xoşuma gələn odur ki, meydana çıxanlar oyunun intensivliyini və tempini artırdılar. Gözəl qol vurduq və qələbə qazandıq”.

“Müdafiədəki səhvlər bu mövqedə tez-tez dəyişiklik etməyinizdən irəli gələ bilərmi?” sualını “Neftçi”nin baş məşqçisi belə cavablandırıb: “Biz axtarışdayıq. Mərkəz müdafiəçisi ilə digərləri arasında əlaqə qurmağa çalışırıq. Əsas odur ki, 4 mərkəz müdafiəçimiz var. Hamı oynamaq istəyir. Çalışıram onların hər birinə şans yaradım”.

Ukraynalı məşqçi Bassalu Sambunun “Neftçi”dən mümkün gedişi haqda qısaca deyib: “Zaman göstərəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31